Cəbrayılın azad olunması uğrunda aparılan döyüşlər
Cəbrayılın azad olunması uğrunda aparılan döyüşlər.
Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal edilib. İşğal olunduqdan sonra Cəbrayıl rayonu ərazisində yerləşən bütün tarixi abidələr, təhsil ocaqları, yaşayış məskənləri ermənilər tərəfindən məhv olunmuşdur. 1994-cü ildə Horadiz əməliyyatı zamanı şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətinə ordumuz irəliləsə də, Cəbrayıl rayonunun yalnız Cocuq Mərcanlı kəndi erməni işğalından azad edildi. 2 aprel 2016-cı ildə isə Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi dörd günlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.
27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. İşğal altında olan rayonlarımız azad olundu. 4 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu Ermənistanın işğalından azad olundu. 44 günlük müharibə zamanı 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, 3 oktyqabr tarixində Mehdili, Çaxırlı, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və daha 9 kənd Ermənistanın işğalından azad edildi. 4 oktyabr tarixi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan günlərdən biri oldu-Cəbrayıl işğaldan azad oldu. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi Ermənistan ordusunda çox ciddi sarsıntıya, ruh düşkünlüyünə gətirib çıxardı. 27 ildən sonra Cəbrayıl öz azadlığına qovuşdu. 16 noyabr 2020-ci ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Cəbrayıla səfər etdi. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Prezident İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Artıq işğaldan azad edilmiş Cəbrayl şəhəri yeni dövrünü yaşayır.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru- Kəmalə Əliyeva
Şərh yazılmayıb.