Huquqaz.com

İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib

03.10.2022
2.135
İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib

İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib

Bir çox tarixi mənbələrə görə Azərbaycanın ermənilərdən əvvəl bu torpaqlarda olduğu, hətta onların bu torpaqlara köçürüldüyünün sübutları var. Amma işğalçı ermənilər vandal hərəkərlərinə davam edərək tarixi belə yalanlayırlar. Onlar Azərbaycan torpaqlarını işğal etməklə, tarixi-mədəni irsimizi, incəsənətimizi özününküləşdirməyə cəhd edirlər. Guya qədim tarixə malik olduqlarını bu yolla sübut etməyə çalışıblar. Məkrli niyyətlərinə nail ola bilmədikdə isə tarixi abidələrini, məscidləri, qəbristanlıqları vəhşicəsinə dağıdıblar. Edilmiş bu vəhşiliklər İkinci Qarabağ müharibəsində deyil, 30 il ərzində edilmişdir. Bunlar illər öncə dünya tərəfindən görülsə də, qəbul edilməmiş və heç bir münasibət bildirilməmişdir. Erməni havadarları bu hadisələr olmamış kimi davranmış, edilmiş təcavüzləri, edilmiş vandallıqları və edilmiş vəhşilikləri gözardı etmişdilər.

Əsrlər boyu xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, abidələrimiz ermənilər tərəfindən dağıdıldı və talan edildi. Artıq torpaqlarımıza Böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işləri aparılır. Tezliklə bütün dünya Şuşanın, Cəbrayılın və digər məkanların yenilənmiş simasını görəcək, erməni vandalları isə törətdikləri vəhşiliklərin cəzasını tarix boyu çəkəcəklər.

 

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

Şərhlər

Şərh yazılmayıb.