Huquqaz.com

Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir

21.09.2022
3.239
Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir

Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin olduqca mühüm halqası olacaqdır. Hesablamalara görə, bu dəhlizlə Azərbaycan ərazisindən daşınan yüklərin birinci mərhələdə 3 milyon, ikinci mərhələdə 5-8 milyon, üçüncü mərhələdə isə 15 milyon ton olması gözlənilir. Lakin bu gün Avropada mövcud müharibə şəraiti, Rusiya-Ukrayna qarşıdurması diqqəti Şərq-Qərb dəhlizinə yönəldir. Heç şübhəsiz ki, bu dəhlizin də aparıcı seqmenti Azərbaycandır. Çünki bu gün Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Eləcə də Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. O da qeyd edilməlidir ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Məhz, Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanlarını artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq”.

Avropa və Asiyanı birləşdirən tranzit yolu Azərbaycan, xüsusilə də Zəngəzur dəhlizi bu ticarətin əsas mərkəzlərindən olmaqla ölkəmizə böyük gəlirlər gətirəcək. Məlumdur ki, hazırda Çin dünyanın nəhəng ixracatçılarındandır. Bu ölkə dünya bazarına ildə 2 trilyon 400 milyard dollar dəyərində məhsul ixrac edir. Bu səbəbdən mallarını dünya bazarına ixrac etmək üçün yeni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüs irəli sürən Çinin “Bir kəmər, bir yol” strategiyası üzrə Avropa ilə mal mübadiləsinin əsas marşrutlarından biri Şərq-Qərb nəqliyyat dəhlizidir ki, bu sahədə də Azərbaycan mühüm rol oynayır. Xüsusi olaraq deyilməlidir ki, Prezident cənab İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub nəqliyyat dəhlizinin qovşağına çevrilib. Ölkəmiz mühüm infrastruktur layihələrini rəqiblərimizdən öncə yaratdığı üçün böyük üstünlüyə sahibdir. Bu isə yaxın gələcəkdə Azərbaycana böyük investisiyaların və maliyyənin daxil olmasına şərait yaradacaq”.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.