Huquqaz.com

Rəsmi İrəvanın uzun illər ərzində davam edən hərbi cinayətləri

25.09.2022
1.757
Rəsmi İrəvanın uzun illər ərzində davam edən hərbi cinayətləri

Rəsmi İrəvanın uzun illər ərzində davam edən hərbi cinayətləri.

1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Ermənistan tarixən regionumuzda olan münaqişələrin birmənalı səbəbkarıdır. Əsrlər boyu Azərbaycanın tarixi torpaqlarına göz dikən erməni millətçiləri fitnəkar siyasət yeridərək tarixi torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər. Ən yaxın tarixi cinayətləri desək 1992-ci ildə törətdikləri Xocalı soyqırımından tutmuş, 2017-ci ildə 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirmələrinədək, hətta bu tarixlərdən sonrakı dövrlərdə də həyata keçirdikləri təxribat və kriminal xarakterli əməllərindən hamı xəbərdardır.  Ermənilərin əsirlərə qarşı qəddar və qeyri-insani davranışı ilə bağlı da ciddi faktlar mövcuddur. Bütün bu cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Buna görə də, rəsmi İrəvanın istər birinci, istərsə də ikinci Qarabağ müharibələrində insanlıq əleyhinə atdıqları addımları Azərbaycanda və bütün dünyada pislənilməkdədir. Bununlada Ermənilərin Azərbaycanlılara qarşı illərlə törədikləri hərbi cinayətləri sadalamaqla bitməz. Hərbi cinayətlərdən danışarkən bildirək ki, mənfur qonşumuz olan ermənilər tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, özününküləşdirmək istəmişlər.  Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində işğalçı Ermənistan ordusunu məhv etdi, mənfur düşmən döyüş meydanında layiqincə cəzalandırdı. Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Bu gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı- Məleykə Hümbətova

Şərhlər

Şərh yazılmayıb.