Huquqaz.com

Rəsmi İrəvanın uzun illər ərzində davam edən hərbi cinayətləri

25.09.2022
1.536
Rəsmi İrəvanın uzun illər ərzində davam edən hərbi cinayətləri

Rəsmi İrəvanın uzun illər ərzində davam edən hərbi cinayətləri

Ermənistan adlı dövlət 200 il öncə, daha dəqiq desək, 1813 və 1828-ci illərdə Rusiya və İran arasında bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələrinin nəticəsində Azərbaycan torpaqlarının bu iki imperiya arasında bölüşdürülməsi hesabına yaranıb. Birmənalı qeyd etmək lazımdır ki, imperialist qüvvələrin məqsədyönlü işğalçılıq siyasətinin yekunu olaraq Ermənistan adlı dövlət meydana gəlib. Ermənilər öz mənfur işğalçılıq, soyqırımı planlarını ört-basdır etmək üçün bu kimi nə qədər yalanlar uydurublar. Yaşlı vətəndaşlarımızın əksəriyyəti Stalin dövründə xalqımızın başına açılan faciələri ürək ağrısıyla xatırlayır. 1942-1953-cü illərdə məhz onun fitvası ilə yüz minlərlə soydaşımız tarixi Qərbi Azərbaycan torpaqlarından zorla sürgün ediliblər və bu didərgin insanların bir çoxu Azərbaycanın şiddətli quraqlıq olan aran bölgələrində zorla məskunlaşdırılıb. 150 mindən artıq günahsız insan məhz həmin dövrün etnik təmizləmə siyasətinin qurbanı olmuşdu. Qərbi Azərbaycandan didərgin düşən həmvətənlərimiz həmişə ermənilərin onlara qarşı qəddarlığından, vəhşiliyindən ürəkağrısıyla danışıblar. İnsanda acı təəssüf və ikrah hissi yaranır ki, Ermənistan ərazisində yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində sayca on qat az olan ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdi. Ermənistanda yaşayan soydaşlarımıza çox nadir hallarda vəzifə verildiyi halda, bu qondarma vilayətin bütün rəhbər strukturlarına erməni millətinin nümayəndələri təyin edilmişdi.

XX əsrin sonlarına yaxın, yəni Mixail Qorbaçov kimi qaniçən bir diktatorun Sovet İttifaqına rəhbərliyi dövründə hiyləgər ermənilər onu ələ alaraq 1988-ci ildən etibarən Qarabağ bölgəsində işğalçılıq məqsədlərini davam etdirməyə nail olurlar. Bu zaman Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Vətənimizin qədim, əzəli torpaqları olan Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan düşmən tərəfindən işğal edildi. Ermənilərin növbəti qəsbkarlıq siyasətinin nəticəsi olaraq 1 milyondan artıq vətəndaşımız ata-baba yurdlarından zorla didərgin salındı, 20 minə qədər azərbaycanlı qətlə yetirildi, 20 mindən çox dinc sakin yaralandı, 50 mindən çox adam əlil oldu, 4 min nəfərdən artıq azərbaycanlı isə əsir və girov götürüldü. Ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımında isə bir qəsəbə yer üzündən silindi, 613 nəfər dinc əhali, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın vəhşicəsinə öldürüldü, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir götürülərək ağlasığmaz işgəncələrə, təqiblərə məruz qaldılar. “İzvestiya” qəzetinin hadisələrin şahidi olan müxbiri bir məqaləsində yazırdı: “Ağdama dayanmadan meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmiş, İşgəncələrin həddi-hüdudu yox idi”.

Nəhayət Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin  sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.