Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir
Bu gün Azərbaycan iqtisadi və siyasi baxımdan dünyanın ən etibarlı tərəfdaş dövlətinə çevrilib. Prezident İlham Əliyevin uğurlu siyasi kursunun nəticəsi olaraq dövlətimiz qlobal siyasi arenada əvəzsiz mövqeyə sahiblənib. Məhz bu səbəbdəndir ki, Avropa və Asiyanın aparıcı ölkələrinin, ABŞ, Çin kimi dünya nəhənglərinin iqtisadi və siyasi maraq dairəsində Azərbaycan mühüm əhəmiyyət kəsb edir. Bu ilin ilk ayında ölkəmizdə olan rəsmi şəxslər, eləcə də dövlət başçımızın xarici səfərləri bir daha onu göstərir ki, Azərbaycan diplomatik baxımdan ən aktiv fazaya daxil olub.
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Dayanıqlıq Həftəsinin rəsmi açılış mərasimində, ardınca Davos Forumunda iştirakı, Macarıstana səfəri, bunlarla yanaşı, Misir və Rumıniya prezidentlərinin ölkəmizə səfərləri Azərbaycanın beynəlxalq iqtisadi-siyasi münasibətlər sistemində yüksək mövqeyinin göstəricisi sayılmalıdır. Bu baxımdan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı xüsusi diqqət çəkirdi.
Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında ötən il təhlükəsizlik sahəsində ümumi öhdəliyimizin nümayişi kimi bir neçə vacib məsələyə toxundu. Məsələn, Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumdan danışaraq, gələcək planlarımız üçün bunun yol xəritəsi olduğunu qeyd etdi. Avropaya qaz ixracının 2027-ci ilə qədər iki dəfə artırılmasının planlaşdırıldığını deyən Prezident İlham Əliyev resurslarımızla yanaşı, qarşılıqlı siyasi iradəmizin və çox yüksək səviyyədə etimadımızın mövcudluğunu söylədi. Ölkə rəhbəri çıxışında Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amili kimi texniki və siyasi məsələlərin dövlətlər tərəfindən həmrəylik fonunda reallaşdırıldığını diqqətə çatdırdı. Bu dövrdə Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması da təbii qazımızın artıq Bolqarıstana təchizini başlamaq imkanını yaratdı.
Bərpaolunan enerji ilə bağlı planlarımıza gəldikdə, artıq qeyd etdiklərimə əlavə olaraq deyə bilərəm ki, üç əsas enerji şirkəti ilə aramızda razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı “Masdar”, 12 qiqavatı “Fortescue” şirkətləri tərəfindən istehsal olunacaq. “ACWA Power” şirkəti isə bugünkü mərasimdə imzalanmış və hazırda icra olunan razılaşmaya əlavə olaraq, 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcək. Bu, həqiqətən də çox böyük potensialdır. Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə gəldikdə, iş planını mərhələli şəkildə və Avropanın şərtləri ilə əlaqəli qurmaq tələb olunur. Bu, həmçinin Avropa qitəsində potensial əməkdaşlıq imkanlarını daha geniş miqyasda müəyyənləşdirmək üçün lazımdır. Mövcud potensial və imkanlar isə Rumıniya və Macarıstanın yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacağı əminliyi yaradır.
Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddətdir Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda isə 10 qiqavata yaxındır. Həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən edilib. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Bu potensial daha artıq olacaq.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Azərbaycan–Rumıniya əməkdaşlığı – Avropa iləmünasibətlərimizə böyük töhfə
Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan–Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Hələ 1990-cı illərdə Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Bütün bu müddət ərzində dövlət başçıları, dövlət, hökumət və parlament qurumları arasında qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilib. Hər iki ölkənin prezidentləri, baş nazirləri və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər ediblər.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız xüsusilə faydalı olub. BMT çərçivəsində, eləcə də ATƏT, Avropa Şurası, NATO, Qara Dəniz Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların Parlament Assambleyalarında Azərbaycan və Rumıniya hər zaman bir-birinə siyasi dəstək nümayiş etdirib. 2017-2021-ci illərdə rumıniyalı deputat Norika Nikolai, 2021-ci ildə isə keçmiş Rumıniya prezidenti Troyan Besesku Avropa Parlamentində Azərbaycan üzrə daimi məruzəçi olublar. Həmin illərdə Avropa Parlamentində ölkəmizlə bağlı müzakirə olunan məsələlərdə həmişə obyektiv mövqe nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər.
Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Rumıniyaya çatdırılması üzrə hazırlıq işləri aparılır. Keçən ilin sonunda Buxarestdə imzalanmış yaşıl enerjinin ötürülməsi ilə bağlı strateji əməkdaşlıq haqqında Saziş gələcək əməkdaşlığımızın daha böyük miqyaslı xarakterindən xəbər verir. Rumıniya Prezidentinin ölkəmizə budəfəki səfəri zamanı müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq bu əməkdaşlıq təkcə neft-qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək. Azərbaycan–Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcək.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycan Avropa İttifaqı ilə yanaşı, ayrı-ayrı Avropa ölkələri ilə də qarşılıqlı iqtisadi-siyasi əlaqələrini genişləndirir
Son 2 ildə Prezident İlham Əliyevin bir neçə Avropa ölkəsinə rəsmi səfərləri reallaşıb, Avropa ölkələrinin rəhbərləri Bakıda qarşılanıblar.
Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibədən sonra Avropa ölkələrinin alternativ enerji mənbələrinə ehtiyacı kəskin artıb. Bu isə Azərbaycanın etibarlı təminatçı kimi mövqeyinin güclənməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin verdiyi məlumatdan aydın olur ki, 2022-ci ildə 10-dan çox Avropa ölkəsi Azərbaycandan qaz almaq, yaxud daha çox qaz almaq üçün ölkəmizə müraciət edib. Belə ölkələrdən biri də Rumıniyadır. 5-6 il əvvələdək qaza olan tələbatının 95 faizə qədərini öz istehsalı ilə təmin edən Rumıniyada qaz hasilatı ciddi şəkildə azalıb. Buxarestson 3 ildə 11-12 milyard kubmetrlik illik tələbatın 8-8,5 milyard kubmetrini özü təmin edir, qalanını isə əsasən Rusiyadan alırdı. 2021-ci ildə ölkə Rusiyadan 3 milyard kubmetr qaz alıb. Lakin 2022-ci ildə Rumıniya Ukraynaya hücumundan sonra Rusiya qazının alışını kəskin şəkildə azaldıb. Azalan həcmlərin cüzi bir qismi Qara dənizin Rumıniya sektorundakı “Ana” yatağından 2022-ci ilin iyununda başlayan hasilat hesabına kompensasiya olunub. İyundan dekabra qədər bu yataqdan Rumıniyanın qazpaylayıcı şəbəkəsinə 500 milyon kubmetr qaz çatdırılıb. Növbəti illərdə hasilatın illik 1 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Rumıniya hökuməti ötən il qanunvericiliyə Qara dənizdəki yataqların işlənməsində iştirak edəcək xarici şirkətlər üçün vergi güzəştləri nəzərdə tutan dəyişiklik edib.
Qara dənizin Rumıniya sektorunda təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 170-200 milyard kubmetr həcmində qiymətləndirilir. 2040-cı ilədək bu həcmlərdən ildə 6 milyard kubmetrə qədər qazın ölkənin qazpaylayıcı şəbəkəsinə daxil olunması nəzərdə tutulur. Rumıniyanın “Transqaz” şirkətinin hesablamalarına əsasən həmin dövrə qədər ölkədə qaza olan illik tələbat 8 milyard kubmetr artaraq 20 milyard kubmetrə çatacaq. Bu isə o deməkdir ki, daxili hasilat artsa belə, tələbatı qarşılayacaq həcmdə olmayacaq, Buxarest qaz idxalını davam etdirəcək.
Rumıniya Azərbaycandan və Yunanıstanın LNG terminallarından əldə edəcəyi qazı digər ölkələrə, xüsusilə də Rusiyadan kəskin qaz asılılığında olan Moldovaya ötürməyi hədəfləyir. Hazırda Moldova Avropa İttifaqının qaz təchizatı baxımından ən zəif potensiallı ölkəsi hesab olunur. Eyni zamanda Avropa İttifaqı Moldova üzərindən Ukraynaya da qaz çatdırılmasını təmin etməyə çalışır. Bu baxımdan, Azərbaycan qazının Avropa İttifaqı üçün önəmi daha da artır.
Azərbaycan bu önəmi nəzərə alaraq qaz, həmçinin enerji ixracını artırmaq üçün infrastrukturun genişləndirilməsi istiqamətində fəaliyyətlərini gücləndirir. Rəsmi Bakı Rumıniya ilə əlaqələrin genişləndirilməsində həm də buna görə maraqlıdır.
2022-ci ildə ölkələr arasında ticarətin həcmi 518 milyon 39 6,12 min dollar təşkil edib. Bunun 446 milyon 866.00 min dolları Azərbaycanın, 71 milyon 530.12 min dolları Rumıniyanın ixracının payına düşür. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə ölkələr arasında alış-verişin həcmi 215 milyon 535,53 min dollar olmuşdu. Həmin il Azərbaycan Rumıniyaya 80 milyon 876.89 min dollarlıq 173 min 781.81 ton neft satıb.
2022-ci ildə isə bu ölkəyə neft satışımız 378 milyon 607.28 min dollar dəyərlə 538 min 424.03 tona qədər artıb. Burada Rumıniyanın Avropa İttifaqının üzvü olaraq Rusiyadan neft alışını dayandırması mühüm rol oynayıb.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Rumıniya Azərbaycanın müstəqilliyini Türkiyə və Estoniyadan sonra rəsmən tanıyan üçüncü ölkədir
1995-ci ilin iyulunda Prezident, müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin Rumıniyaya rəsmi səfəri ilə münasibətlərin inkişafında yeni mərhələ başlayıb. Məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli əməkdaşlıq fonunda görülən işlərin məntiqi davamı olaraq 1997-ci ildə Rumıniyanın ölkəmizdə səfirliyi, 2001-ci ildə isə Azərbaycanın Rumıniyada səfirliyi açılıb. Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Respublikasının strateji inkişaf yolunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən isə iki ölkə arasında əlaqələr daha da inkişaf etdirilib. 2003-cü ildə prezident seçkilərində qalib gələn İlham Əliyev, 2004-cü ildə, yəni seçkilərdən çox qısa müddət sonra Rumıniyaya rəsmi səfər edib. Səfər çərçivəsində “Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Respublikası Prezidentinin Birgə Bəyannaməsi” də daxil olmaqla müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb.
Tərəfdaşlığın hələ ilk illərindən bu vaxtadək ölkələrin müxtəlif regional layihələrdə, o cümlədən TRASEKA proqramı çərçivəsində əməkdaşlıq etməyə başlamışdır. Xüsusilə iqtisadi əməkdaşlıq iki ölkə arasındakı münasibətlərin ana xəttini təşkil edib. 1998-ci il sentyabrın 8-10-da Tarixi İpək Yolunun bərpası ilə əlaqədar Bakıda keçirilən konfransda digər dövlətlər ilə yanaşı Rumıniya da iştirak edib. Həmin konfransda beynəlxalq nəqliyyat haqqında çoxtərəfli Sazişə imza atılıb. 2006-cı il iyunun 4-də Prezident İlham Əliyev Qara Dəniz Dialoq və Əməkdaşlıq Forumunda iştirak etmək üçün Buxarestdə səfərdə olub. Bu səfər çərçivəsində ikitərəfli əməkdaşlığın ən müxtəlif aspektlərinə dair müzakirələr aparılıb.
Azərbaycan və Rumıniya prezidentləri arasında fevralın 2-də baş tutan işgüzar görüşdə məhz əməkdaşlıq sferasında yaddaqalan məqamlara toxunulub. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev iki ölkə arasındakı ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etdiyini, dövriyyənin şaxələndirilməsi üçün əlavə addımlar atılacağını və hökumətlərarası komissiyanın Buxarestdə görüş keçirəcəyini vurğulayıb.
Görüşün diqqətçəkən məqamlarından daha biri xüsusən Qarabağın yenidən qurulması məsələsində aktuallıq kəsb edən yaşıl enerji layihələrinin iki ölkə arasındakı əlaqələrdə özünü göstərməsi idi. Belə ki, Prezident İlham Əliyevin yaşıl enerji üzrə birinci Məşvərət Şurasının keçiriləcəyindən bəhs etməsi Azərbaycan-Rumıniya əməkdaşlığının dövrün tələblərinə uyğun müasir reallıqları əks etdirən səmərəli nəticələr verəcəyinə əminlik yaradır.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Ölkələrarası münasibətlər inkişaf edir
Dünyanın əksər dövlətləri müstəqil Azərbaycanla ikitərəfli əməkdaşlıq edir. Bu əməkdaşlıq siyasi əməkdaşlıqla məhdudlaşmır, sosial həyatın əksər sahələrini də əhatə edir. Rumıniya ilə də belə əməkdaşlıq mövcuddur.
Rumıniyanın Prezidenti Klaus Yohannisin Azərbaycana cari səfəri də bu münasibətlərin genişləndiyinin təsdiqidir.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu iki ölkə arasında yüksək səviyyəli dialoqların fəallığını diqqətə çatdırıb, onun hər iki ölkənin maraqlarına cavab verdiyini bildirib. Ölkə başçımız Rumıniya və Azərbaycanın uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirildiyni, strateji tərəfdaşlığa dair iki sənəd imzalandığını, siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu,Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin çaxələndirilməsi üçün də əlavə addımlar atılacağını vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisi kimi dəyərləndirən ölkə başçımız görüşdə daha sonra qeyd etmişdir ki, yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir.
Rumıniya və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi prioritet əməkdaşliq istiqamətlərindən biri olan nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsində maraqlıdırlar. Tərəflər inanır ki, Bakı və Konstansa limanları arasında əməkdaşlığın genişləndirilməsi də öz müsbət səmərəsini verəcəkdir.
Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri ölkələrarası münasibətlərin səmimiliyinin və daha da yüksələcəyinin zəmanəti kimi tarixləşdi…
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
İkitərəfli diplomatik münasibətlərin 30 ili
Azərbaycanla tərəfdaşlıq münasibətləri daim yüksələn xətlə inkişaf edən Rumıniya Avropanın sayılıb seçilən ölkələrindən biridir. Bunu həm də o amil təsdiqləyir ki, bu ölkə ardıcıl və məqsədyönlü siyasəti sayəsində həm Avropa İttifaqı, həm NATO kimi nüfuzlu qurumlarda önəmli söz sahiblərindən birinə çevrilib. Rumıniyada hər il dekabr ayının 1-i Milli gün kimi qeyd edilir. Rumunların bir çox nəsilləri tarix boyunca azadlıq, istiqlal, həmrəylik, milli ləyaqəti təmin etmək kimi amallar uğrunda mübarizə aparıblar. Rumın çölləri qeyd olunan yüksək amallar naminə ?anlarından keçən mərd insanların qanı ilə suvarılıb. Rumın xalqının Milli gün bayramı da məhz müqəddəs məqsədlərə gedən yolu, aparılan mübarizəni, qəhrəmanlıqla yazılan tarixi simvolizə edir. Dost Rumıniyanın iqtisadiyyatı çoxvektorludur. Burada ayrı-ayrı infrastruktur sahələrinin, bərpa olunan enerji seqmenti də daxil olmaqla enerji sektorunun, eləcə də kənd təsərrüfatının, avtomobil, aerokosmik, bio-sənaye və iqtisadiyyatın digər istiqamətlərinin geniş inkişaf perspektivləri var. Təbii ki, bu perspektiv uzun illər ərzində formalaşan ənənələrə, iqtisadi potensiala əsaslanır. Ölkədə yaradıcı əmək, bilik iqtisadiyyatı güclü şəkildə təşviq olunur.
Azərbaycan-Rumıniya əlaqələri tarixdən gələn münasibətlərə söykənir. Mənbələrdə xalqlarımız arasında əlaqələrin təməlinin orta əsrlərdə qoyulduğu bildirlir. Tarixin müxtəlif dönəmlərində enən və yüksələn bu əlaqələr daim xoş mərama əsaslanıb. Azərbaycan ötən əsrin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra isə ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. Rumıniya respublikamızın müstəqilliyini tanıyan dünyada ikinci (qardaş Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Ölkələrimiz arasında 19 iyun 1992-ci il tarixində diplomatik əlaqələr qurulub. 1998-ci il noyabrın 3-də Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixində isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilib.
Azərbaycanın və Rumıniyanın yüksəksəviyyəli rəsmilərinin qarşılıqlı səfərləri ikitərəfli siyasi dialoqun artan dinamika ilə inkişafına müsbət təsir göstərir. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı statusunda Rumıniyada ilk dəfə rəsmi səfərdə olub. Azərbaycan Prezidentinin Rumıniyanın rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb və yeni təşəbbüslər irəli sürülüb. Bəhs olunan səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə” imzalanıb. Bu sənəd ikitərəfli münasibətlərin yol xəritəsi sayılır. Vurğulayaq ki, bəhs olunan Bəyannamə Azərbaycanın Avropa Birliyinə üzv dövlətlərlə strateji tərəfdaşlığa dair imzaladığı ilk belə sənəddir. Sonrakı mərhələdə hər iki tərəfin siyasi iradəsinə uyğun olaraq tərəfdaşlıq münasibətlərinin hüquqi bazası daha da möhkəmləndirilib. Bütövlükdə, indiyədək Azərbaycanla Rumıniya arasında 61 sənəd imzalanıb. Həmin sənədlər əməkdaşlığın müxtəlif sahələrini əhatə edir. Perspektivdə isə iki ölkə arasında yeni sənədlərin imzalanması gözlənilir.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
İkitərəfli iqtisadi əlaqələr
Son vaxtlar belə bir ifadə tez-tez işlədilir: Azərbaycan lideri Prezident İlham Əliyev Avropanı fəth edir. Əslində, burada hər hansı bir mübaliğə yoxdur. Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələrin liderlərinin özlərinin də açıq mətnlə ifadə etdikləri kimi, Azərbaycanın dövlət başçısı hazırda qoca qitədə ən arzuolunan şəxslərdən birinə çevrilib. Hər yerdə Onu axtarırlar və Ona zəng edirlər. Təsadüfi deyildir ki, qısa müstəqillik tarixində Azərbaycan Aİ-nin doqquz üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Bu gün respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın Aİ məkanında qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ölkələrdən biri də Rumıniyadır.
Azərbaycanla Rumıniya arasında bərqərar olan yüksəksəviyyəli siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi sahədə ikitərəfli əməkdaşlıq da uğurla inkişaf edir. Rumıniyadan Azərbaycana müxtəlif avadanlıq və cihazlar, onların hissələri, cərəyan mühərrikləri və avadanlıqları, naqillər, qara metal məmulatları, mebel və mebellərin hissələri, ağac yonqarlı plitələr, dərman vasitələri idxal olunur. Respublikamız dost ölkəyə xam neft, emal olunmamış aliminium ərintiləri, qazoyllar, reaktiv kerosin yanacağı, kimyəvi məhsullar və preparatlar ixracını həyata keçirir.
Cari ilin iyun ayında Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib. Komissiyanın həmsədrləri – əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku iclasın yekunları ilə bağlı gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən Protokol imzalayıblar. İclasda ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin 31,3 faiz, bu ilin yanvar-aprel aylarında isə 2,77 dəfə artdığı diqqətə çatdırılıb.
Azərbaycanın SOCAR şirkətinin dost Rumıniyada fəaliyyətini ildən-ilə genişləndirməsi məmnunluq doğurur. Hazırda Azərbaycan şirkətinin Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu fəaliyyət göstərir. SOCAR-ın dost ölkədəki işgüzar komandasında 729 işçi çalışır. Azərbaycan şirkətinin Rumıniyadakı yanacaqdoldurma məntəqələri bu ölkənin Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov, Satu-Mare və digər regionlarını əhatə edir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycan-Rumıniya əməkdaşlığı Avropa ilə münasibələrimizə böyük töhfələr verir
Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan – Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Hələ 90-cı illərdə Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Bütün bu müddət ərzində dövlət başçıları, dövlət, hökümət və parlament qurumları arasında qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilib. Hər iki ölkənin prezidentləri, baş nazirləri və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər ediblər.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız xüsusilə faydalı olub. BMT çərçivəsində, eləcə də ATƏT, AŞ, NATO, Qara Dəniz Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların Parlament Assambleyalarında Azərbaycan və Rumıniya hər zaman bir-birinə siyasi dəstək nümayiş etdiriblər. 2017-2021-ci illərdə Rumıniyalı deputat Norika Nikolai, 2021-ci ildə isə keçmiş Rumıniya prezidenti Troyan Basesku Avropa Parlamentində Azərbaycan üzrə daimi məruzəçi olublar. Həmin illərdə Avropa Parlamentində ölkəmizlə bağlı müzakirə olunan məsələlərdə həmişə obyektiv mövqe nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər.
Rumıniya bir qayda olaraq Azərbaycan tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələrə dəstək verib. O cümlədən, Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da CQD vasitəsilə Rumıniyaya çatdırlması üzrə hazırlıq işləri aparılır.
Keçən ilin sonunda Buxarestdə imzalanmış yaşıl enerjinin ötürülməsi ilə bağlı strateji əməkdaşlıq haqqında müqavilə gələcək əməkdaşlığımızın daha böyük miqyaslı xarakterindən xəbər verir. Rumıniya prezidentinin ölkəmizə bu dəfəki səfəri zamanı müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq bu əməkdaşlıq təkcə neft-qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək. Azərbaycan – Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa münasibələrinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcək.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Azərbaycanla qardaş Rumıniya arasında münasibətlərin əsası hələ Orta əsrlərdə qoyulub.
Azərbaycan hökmdarı Uzun Həsənin dövründən başlayan bu əlaqələr Səfəvilərin hakimiyyəti illərində də davam edib. Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb. 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər edib. Rumıniya Prezidenti İon İliyesku ilə görüşən Heydər Əliyev Rumıniya prezidentinin onu bu ölkəyə səfərə dəvət etməsini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addım kimi qiymətləndirib. Prezident Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi – texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb.
2003-cü ilin oktyabrında cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirildi. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfər etdi. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparıldı. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalandı. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə” imzalandı. Bu, Azərbaycanın Avropa Birliyinə üzv dövlət ilə bağladığı ilk strateji tərəfdaşlıq müqaviləsi idi.
Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.
Ölkələrimiz arasında mədəni əlaqələr getdikcə genişlənir. Bakıda “Azərbaycan – Rumıniya dostluq cəmiyyəti”, Buxarestdə isə “Rom-Azer” Rumıniya-Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir. 2006-cı ildə məşhur rumın bəstəkarı J.Eneskuya Bakının Binəqədi rayonunda abidə ucaldılıb. Tanınmış jurnalist Minodor Mitrikanın Azərbaycanın tarixinə, müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə, Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr edilmiş “Azərbaycanın dirçəlişi” kitabı rumın və ingilis dillərində çapdan çıxıb. Böyük Azərbaycan şairi Məhəmməd Füzuli Rumıniyada rumın dilinə tərcümə edilmiş yeganə klassik şairdir. Yazıçı Anarın, Çingiz Abdullayevin, Elçinin əsərləri, şair Bəxtiyar Vahabzadənin poemaları rumın dilinə tərcümə edilib və çap olunub.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Rumıniya Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir
Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər.
Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivləri olduğu hər iki tərəfə məlumdur. ARDNŞ Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən 16 yanacaqdoldurma məntəqəsi açıb.
İki ölkə arasında fəaliyyət göstərən Müştərək Komissiya əməkdaşlığın gücləndirilməsinə etibarlı zəmin yaradıb. 2022-ci ilin iyunun 23-də Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası keçirilib və qeyd edildi ki, son zamanlar qarşılıqlı ticarət əlaqələrində müsbət addımlar müşahidə olunur.
Bu il fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb, hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib. Dövlət başçıları arasında görüş zamanı ötən il “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının əhəmiyyəti qeyd olunub, bu tədbirin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi bildirilib. Xüsusilə Avropanın enerji təminatının yaşıl enerji mənbələri hesabına həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb və bu işə Azərbaycanın mühüm töhfəsi qeyd olunub. Səfər zamanı ikitərəfli münasibətlərlə bağlı da fikir mübadiləsi aparılıb. Bu səfər və səfər zamanı keçirilən görüşlən ölkələrimiz arasındakı mövcud dostluq və əməkdaşlıq əlaqələrinin birgə səylər nəticəsində bundan sonra da yüksələn xətt üzrə inkişaf etdiriləcəyinin bariz nümunəsidir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Şərh yazılmayıb.