Ağstafa rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Ağstafa rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qanunla.Az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar 21.09.2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Şərh yazılmayıb.