Huquqaz.com

Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir

06.09.2022
2.047
Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir

Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir

Bu gün Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələri əhatə edən əlaqələr möhkəm əsaslara söykənmiş münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlığa söykənir. Azərbaycan və İtaliya arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. İki ölkənin təhsil müəssisələri, elmi-akademik çevrələri arasında da əlaqələr genişlənmişdir və bu gün İtaliyanın müxtəlif universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır. Ölkələrimiz arasında yüksəksəviyyəli siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, eyni zamanda mədəniyyət, elm, təhsil, humanitar sahələrdə önəmli mübadilələrin və layihələrin həyata keçirilməsi ilə də müşayiət olunmuşdur. Təhsil sahəsində əməkdaşlıq Azərbaycan və İtaliya arasında tərəfdaşlığın mühüm tərkib hissəsidir. Bu gün iki dost ölkə arasında bu sahədə də əlaqələr uğurla inkişaf edir. Azərbaycanın ADA Universitetinin İtaliyanın beş aparıcı universiteti olan Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universiteti ilə tərəfdaşlıq etməsi, qeyd edilən Universitetlər arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlər, o cümlədən birgə əməkdaşlığa dair həyata keçirilən tədbirlər Azərbaycan və İtaliya xalqlarının yaxınlaşması, bir-birini yaxşı tanıması və gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulmasında mühüm əhəmiyyətə malik olacaqdır.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı- Ehtiram Osmanov

Şərhlər

Şərh yazılmayıb.