Huquqaz.com

İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi

17.08.2022
2.226
İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi

İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi

27 sentyabr 2020-ci il tarixdən ermənilərin növbəti hücumuna cavab olaraq başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq, ən şərəfli səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. 44 gündə Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə özünün möhtəşəm qələbələrini hərb tarixinin səhifələrinə qızıl hərflərlə yazdı. Bu müharibədə ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Eyni zamanda, Beynəlxalq aləmə ədalətin, haqqın güc hesabına bərpa olunmasının mümkünlüyünü nümayiş etdirən xalqımız öz rəhbərinin illərlə yürütdüyü müdrik siyasətin məntiqi nəticəsini gördü. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı müdrik və məharətli, bacarıqlı sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu bir daha aşkar gördü. Dövlət başçısı İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsini ortaya qoydu. İnformasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən böyük sevinclə qarşılandı.

  Fəal gənc-  Jalə Kərimli

Şərhlər

Şərh yazılmayıb.