Huquqaz.com

Sahibkarlıq inkişaf edir və bunun üçün bir çox addımlar atılır

28.07.2022
1.330
Sahibkarlıq inkişaf edir və bunun üçün bir çox addımlar atılır

Sahibkarlıq inkişaf edir və bunun üçün bir çox addımlar atılır

Bu gün ölkəmizdə bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə olunması Azərbaycanın qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Müxtəlif istiqamətlər üzrə parallel şəkildə həyata keçirilən inkişaf prosesləri sırasında sahibkarlığın inkişafı xüsusi yer tutur. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Respublikamızda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür ki, onların sırasında bütün ölkə boyunca yüksək səviyyəli infrastrukturun yaradılması xüsusi yer tutur. Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, sahibkarlığın maliyyə təminatının artırılması və digər amillər qeyri-neft sektorunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib. Bütövlükdə, ölkəmizdə sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilməsi bu sahədə mühüm nailiyyətlərin və müsbət göstəricilərin əldə olunmasını şərtləndirir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı- Ehtiram Osmanov

Şərhlər

Şərh yazılmayıb.