Huquqaz.com

Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır

11.03.2023
1.686
Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır

Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır.

Rusiya-Ukrayna müharibəsi dünyanın beynəlxalq siyasi mənzərəsinə olduğu kimi iqtisadi həyatına da öz təsirini göstərdi. Bu müharibə göstərdi ki, Avropa İttifaqı ölkələri üçün mütləq etibarlı enerji tərəfdaşına mühüm ehtiyac vardır. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikası Avropa İttifaqı üçün ən etibarlı və dayanıqlı bir tərəfdaşına çevrilməkdədir. Xəzər və Qara dəniz ölkələri arasında əlaqələrin inkişafında Azərbaycan böyük rol oynayır. Eyni zaman­da, Azərbaycanın iqtisadi gücü və maliyyə imkanları regional əlaqələrin inkişafına töhfə verməklə yanaşı, dünya güc mərkəzlərinə ölkəmizlə əməkdaşlığı daha da gücləndirmək üçün əlavə stimul yaradır. Xüsusilə də Azərbaycanın nəqliyyat və tranzit infrast­rukturunun da inkişafı, ticarət yollarının şaxələndirilməsində və optimallaşdırılmasında oyna­dığı mühüm rol ölkəmizlə iki və çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsini şərtləndirir. Bu mənada dünyanın böyük siyasi və güc mərkəzlərindən biri sayılan Aİ-nin Azərbaycanla əlaqələrini daha da gücləndirilməsinə çalışma­sı mövcud geosiyasi və geoiqtisadi reallığın məntiqi nəticəsidir. Regio­nun lider ölkəsi kimi Azərbaycanla münasibətlərin, xüsusilə də iqti­sadi əlaqələrin inkişaf etdirilməsi Aİ-nin diqqət ayırdığı prioritet istiqamətlərdən biridir.

Azərbaycan nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir. Ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Biz onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək

Avropa İttifaqı və Azərbaycan Respublikası strateji məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsinə münasibətdə ortaq mövqe sərgiləməsi belə deməyə əsas ve­rir ki, Azərbaycan-Aİ münasibətləri yeni reallığa uyğun uğurla inkişaf edəcəkdir. Bunun təminatı müzəffər ali baş komandan cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətidir!

Eşqin Əmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.