Huquqaz.com

Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var

21.07.2022
2.898
Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var

Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var.

Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi, Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir.Avropa İttifaqı 27 dövləti birləşdirən iqtisadi və siyasi təşkilatdır.Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Avropa İttifaqı 2-ci yerdə dayanır.Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Qeyd edək ki, rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə həmişə xüsusi diqqət yetirib. Avropa İttifaqı qlobal siyasət və Avrasiya bölgəsinin mühüm birliklərindən biridir. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin, diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu qurum Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində böyük rol oynayır. Aİ və Azərbaycan arasında hüquqi müqavilə imzalandıqdan sonra tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasında böyük önəm daşımağa başladı.Hazırda Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr,tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır.Azərbaycanın Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul etməsi və ya imzalaması qarşılıqlı əməkdaşlığa layiqli töhfədir.Avropa İttifaqı Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu birliyə üzv dövlətlərin payına düşür. Beləliklə, regionda yaranan yeni vəziyyətdən çıxış edən Avropa İttifaqının yaxın zamanda Azərbaycanla əməkdaşlığın istiqamətlərini artıracağı da istisna edilmir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün də bu gün çox vacib tərəfdaşdır. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin olunması və Cənubi Qafqaz ölkələri ilə yeni qonşuluq proqramı təşkilatın regiona ciddi maraq göstərdiyini bir daha təsdiqləyir. Avropa İttifaqı Azərbaycana regionun lider dövləti kimi yanaşır və respublikamızda həyata keçirilən iqtisadi-siyasi və hüquqi islahatları yüksək qiymətləndirir. Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr yeni mərhələdə uğurla inkişaf edir. “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində münasibətlərin daha da möhkəmlənməsi nüfuzlu Avropa qurumunun ölkəmizə verdiyi böyük önəmi bir daha təsdiqləyir.

Zərdab Şəhər 1 saylı məktəb liseyin müəllimi – Çinarə Fərəcova

Şərhlər

Şərh yazılmayıb.