Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir
Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir.
2006- cı ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyənnamə imzalanmışdır.
Azərbaycanın başladığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini təmamilə dəyişdirir.Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir.Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən,o cümlədən neft,qaz və bərpa olunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcutdur.Qarabağın və Şərqi Zəngəzurun azad olmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır.Xəzər dənizində külək enerjisinin potensialı 157 qeqavata bərabərdir.İmzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir.İkitərəfli əməkdaşlağa mühim töhfə.
Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində iş aparılır.Gələn ay hazırlıq işləri başa çata bilər.Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var.Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır.Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır.Ticari dövriyyənin artırılması xalqımızın rifahı naminədir.
Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi– Kəmalə Məmişov
Şərh yazılmayıb.