Huquqaz.com

Qonşu ölkələrlə əlaqələrin inkişafı hər zaman əsas prioriitetlərdən biri olub

19.07.2022
2.429
Qonşu ölkələrlə əlaqələrin inkişafı hər zaman əsas prioriitetlərdən biri olub

Qonşu ölkələrlə əlaqələrin inkişafı hər zaman əsas prioriitetlərdən biri olub.

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirə zamanı bir çox mövzular haqqında çıxış edən cənab Prezidentimizin çıxışına nəzər salsaq, görərik ki, 6 ayın yekunları onu deməyə əsas verir ki, Azərbaycan artıq müxtəlif sahələrdə əhəmiyyətli dərəcədə inkişafa nail olmuşdur. Bu inkişaf nailiyyətlərindən bir hissəsini də qonşu ölkələrlə olan münasibətlərdəki irəliləyişlər təşkil edir.
Hər bir ölkənin təhlükəsizliyi və inkişaf göstəricilərini həm də qonşuları ilə münasibətləri müəyyən edir. Hansı ölkə ki, qonşularla siyasi konfliktlər yaşamır, isti əlaqələrə malikdir və əməkdaşlıq edir, həmin ölkə təhlükəsizliyi və davamlı inkişafı üçün əlavə avantaj qazanmış olur. Bu cür əlaqələr regionun da taleyinə təsir edir. Qonşu ölkələrlə sıx əlaqələr istər dövlət başçısının Rusiya, İran və Gürcüstün prezidentləri ilə görüşündə, istərsə də Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində atılmiş önəmli addımlarda özünü göstərir.

Bu görüşlərdən biri İyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan respublikasının prezidenti İlham Əliyevlə Rusiya Federasiyası prezidenti Vladimir Putin arasında baş verib.Xəzər Sammiti çərçivəsində ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi xatırlanıb, iki ölkə arasında əlaqələrin genişləndiyi və hazırkı səviyyəsinin çox yaxşı olduğu vurğulayıb. Rregional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə də Azərbaycan dövlətinin başçısı ilə müzakirə aparılıb və bu görüş də həmin mövzunun nəzərdən keçirilməsi üçün imkan yaradır.Aşqabadda eyni zamanda cənab Prezidentlə İran prezidenti Seyid İbrahim Rəisi arasında görüş baş vermişdir. Azərbaycan Prezidentinin Tehrana, özünün isə Bakıya səfər etmək planlarının olduğunu qeyd edən İran Prezidenti qeyd etmişdir ki, bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir. İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Görüş onu deməyə əsas verir ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha çox inkişaf etdiriləcək. Eyni zamanda, ölkəmizin qardaş ölkə Türkiyə Respublikası ilə sıx qardaşlıq münasibəti, Gürcüstan və digər ölkələrlə dostluq təməli üzərində qurulmuş münasibətləri göstərir ki, Azərbaycan hüquqi dövlət olaraq müstəqillik əldə etdikdən sonra ilk növbədə qonşuları ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və dostluq mühitində yaşamaq prinsiplərini elan edib. Bu prinsiplərə söykənərək Azərbaycan dövləti bütün qonşuları ilə sülh və dostluq şəraitində yaşamaq yolunu tutub. Baxmayaraq ki, bir sıra hallarda ölkəmizə qarşı qərəzli və təhdid mövqeyindən çıxışlar edilir, bütün çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq prinsiplərdən irəli gələn mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq siyasəti yürütməklə qonşu dövlətlərlə əməkdaşlağı durmadan inkişaf etdirəcək.

 

Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbin direktoru – Sabir Əhmədov

Şərhlər

Şərh yazılmayıb.