Huquqaz.com

Azərbaycan Qarabagi və Zəngəzuru yenidən qurur

19.07.2022
1.702
Azərbaycan Qarabagi və Zəngəzuru yenidən qurur

Azərbaycan Qarabagi və Zəngəzuru yenidən qurur.

Azərbaycan Vətən müharibəsində təmin etdiyi böyük qələbəsi ilə regionda yeni reallıq yaradıb. Bu yeni reallıq region ölkələrinin baxışlarını dəyişib, gələcəyə daha inamla baxmağa imkanlar formalaşdırıbBu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən Prezidentimiz cənab İlham Əliyev, bu ilin altı ayında ölkəmizin uğurla inkişaf etdiyini, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələrin icra edildiyini bildirdi.

2021-ci ilin yekunları növbəti ilin Azərbaycan üçün dinamik il olacağını proqnozlaşdırmağa əsas verirdi. 44 günlük müharibədən sonra yaranan reallıqlar bölgənin inkişafını təmin etməkdədir. Azərbaycan öz gücü hesabına azad olunmuş əraziləri tamamilə yenidən və müasir strandartlara uyğun şəkildə qurur. Prezidentimiz cənab  İlham Əliyevin də söylədiyi kimi, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq.

Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidr. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezidentimiz cənab İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür. 2021-ci il həm növbəti möhtəşəm layihələrin təməlinin qoyulması, həm də icra edilən layihələrin başa çatdırılması ilə əlamətdar oldu. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı kimi nəhəng və möhtəşəm layihələrin tam başa çatdırılması isə müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Qısa dövrdə bu cür iri infrastrukturların yaradılması haqlı olaraq bütün dünyada heyrət və maraq doğurur. Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Ötən il Prezidentimiz cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri zamanı Ağdam,  Füzuli şəhərlərinin baş planları təsdiq olunaraq təməlləri qoyulub. Eyni zamanda Şuşada birinci məhəllənin, Ağdam şəhərində ilk yaşayış binasının və 1 saylı məktəbin,   Laçın Beynəlxalq Hava Limanının, mərkəzi xəstəxananın, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, memorial kompleksin, Füzulidə çoxmənzilli yaşayış məhəlləsinin,  mərkəzi xəstəxananın təməlqoyma mərasimində iştirak edib.Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur.

Bütün bunlar onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimiz qısa zamanda bərpa ediləcək, Qarabağ və Zəngəzur nümunəvi bölgəyə çevriləcəkdir. Bu, həm də dünyaya nümunə olacaq.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru- Vəfa Bayramova.

Şərhlər

Şərh yazılmayıb.