Huquqaz.com

Azərbaycan dövlət müstəqilliyini elan etdiyi ilk illərdə yaranmış siyasi və iqtisadi hərc-mərclik qlobal arenanın siyasi subyekti kimi ölkəmizin sərbəst fəaliyyətinə maneələr yaradırdı

04.07.2022
2.343
Azərbaycan dövlət müstəqilliyini elan etdiyi ilk illərdə yaranmış siyasi və iqtisadi hərc-mərclik qlobal arenanın siyasi subyekti kimi ölkəmizin sərbəst fəaliyyətinə maneələr yaradırdı

Prezident İlham Əliyevin cari ilin 30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı

 Azərbaycan dövlət müstəqilliyini elan etdiyi ilk illərdə yaranmış siyasi və iqtisadi hərc-mərclik qlobal arenanın siyasi subyekti kimi ölkəmizin sərbəst fəaliyyətinə maneələr yaradırdı

 Ümummili lider Heydər Əliyevin xilaskar rəhbər kimi dövlət müstəqilliyimizi yox olmaqdan xilas etməsi missiyası sonrakı mərhələdə dövlət quruculuğu strategiyası ilə davam etdirildi: “Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası son 18 ildə nəinki müstəqil dövlət kimi beynəlxalq mövqeyini formalaşdırdı, həm də mənsub olduğu regionda liderliyi ələ alaraq, bütövlükdə, dünya siyasi proseslərində söz sahibinə çevrildi. Məhz Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli xarici siyasət kursu sayəsində bu gün Azərbaycan Respublikası Türk Dünyası və İslam ölkələri  arasında mötəbər status qazanmış, ABŞ və Avropa Birliyinin Şərqdə ən etibarlı strateji müttəfiqlərindən birinə çevrilmişdir.

Qarşıdurmalar və konfliktlərlə müşahidə olunan müasir dünya düzənində Azərbaycanın ədalətli və sülhpərvər mövqe tutması dövlətimizin nüfuzuna xüsusilə müsbət təsir göstərir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkəmizin xarici siyasətində mühüm mövqe tutur. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müstəsna fəaliyyəti və təşəbbüskar siyasəti nəticəsində Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin vacib ünvanına çevrilmişdir. Məhz bu səbəbdəndir ki, qurumun bir çox tədbirlərinə Bakı ev sahibliyi edir”.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı da bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan deputat onu da qeyd edib  ki, 40-dan çox ölkənin nümayəndəsinin qatıldığı konfransın mövzusunun “Dünyada sülhün və dayanıqlı inkişafın təşfiqində milli parlamentlərin rolunun gücləndirilməsi” formatında müəyyən edilməsi də təsadüfi deyil:

Müharibələr və siyasi konfliktlərlə zəngin olan müasir siyasi düzəndə Bakının dünyaya sülh və inkişaf mesajı verməsi xüsusi bir hadisədir.

Beynəlxalq məclisi iştirakı ilə şərəfləndirən və dərin məzmunlu çıxışı ilə müzakirələrə yön verən Azərbaycan lideri İlham Əliyev Qoşulmama Hərəkatını Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın  ikinci ən böyük beynəlxalq təsisatı adlandıraraq, qurumun Parlament şəbəkəsinın yaradılmasının  ölkəmizin irəli sürdüyü və fəal dəstək qazanan yeganə təşəbbüs olmadığını diqqətə çatdırdı. Prezident gələn ay Bakıda keçiriləcək növbəti bir tədbirin–gənclər şəbəkəsinin anonsunu verdi. Göründüyü kimi, ölkəmiz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulmasına baxmayaraq  və fəaliyyəti ilə Azərbaycan bu qurumda ilk günlərdən həmrəylik, qarşılıqlı dəstək təşəbbüsləri ilə çıxış edib və Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb.

Prezident İlham Əliyev konfransda Azərbaycanın ötən dövrdə Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə fəal şəkildə cəlb olunmasının məntiqi nəticəsi olaraq ölkəmizin bu nüfuzlu quruma sədrlik etmək üçün namizədliyinin yekdil şəkildə dəstəklənərək qəbul edildiyini mənmumluqla xatırladı. Bundan başqa, dövlətimizin başçısı 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına 2023-ci ilin sonuna kimi sədrliyinin  uzadılmasını ölkəmizə əlavə bir etimad və fəaliyyətimizə verilən yüksək qiymət kimi dəyərləndirdi.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.