Huquqaz.com

Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir

06.09.2022
2.017
Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir

Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir.

TAP boru kəməri ilə Azərbaycandan İtaliyaya gələn qaz həcmləri sayəsində yay aylarında yeraltı anbarlar doldurulub . Boru kəmərinin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Hazırda TAP-ın genişləndirilməsi üzrə bazar araşdırması aparılır. İki mərhələdə aparılan bazar araşdırması ilə TAP kəməri 3 genişləndirmə ssenarisi təklif edir: məhdud genişləndirmə (təqribən ildə 14,4 milyard kubmetr), qismən genişləndirmə (illik 17,1 milyard kubmetr) və tam genişləndirmə (ildə təxminən 20 milyard kubmetr). Həmin həcmlər daha çox ehtiyac duyulan qış aylarında istifadə olunur. İtaliya, həmçinin yüksək tutuma malik təbii qaz anbarlarına malikdir. İtaliya qaz anbarlarının tutumuna görə Almaniyadan sonra Avropada ikinci ölkədir və “Snam” şirkəti ən böyük operatordur. Ümumilikdə, İtaliyadakı yeraltı qaz anbarlarının maksimum tutumu təxminən 18 milyard kubmetrdir ki, bunun da 4,5 milyard kubmetri strateji anbardır. İtaliya, həmçinin Fransa ilə birlikdə tənzimləmə anbarı olan yeganə ölkədir. İtaliya həmişə xalis enerji idxal edən ölkə olub və istehlak olunan qazın təxminən 90 faizini xaricdən alıb. Azərbaycanla yanaşı, Rusiya, Əlcəzair, Şimali Avropa ölkələri və Liviya İtaliyanın təbii qaz təchizatçılarıdır. Keçən il İtaliyanın təbii qaz istehlakı təqribən 70 milyard kubmetr olub. Ölkə hazırda təxminən 3,5 milyard kubmetr qaz hasil edir.

 

Zərdab rayon Çallı kənd tam orta məktəbinin  müəllimi- Tükəz Lətifli

Şərhlər

Şərh yazılmayıb.