Huquqaz.com

İşğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir

17.11.2022
1.820
İşğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir

Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir

2020-ci il Azərbaycan tarixində 44 günlük “İkinci Qarabağ müharibəsi” və “Zəfər müharibəsi” kimi daxil olmuşdur. 1988-ci ilin əvvəlindən başlayan Qarabağ məsələsi genişlənərək müharibəyə çevrildi. Nəticədə Ermənistan ordusu Azərbaycan ərazisinin 20%- ni işğal etdi. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusu ermənilərin hərbi təxribatlarının qarşısını almaq üçün geniş miqyaslı əks-hücum əməliyyatlarına başladı. Müharibənin gedişində Azərbaycan ordusu işğal olunmuş ərazilərimizi azad etməyə başladı. Azərbaycan ordusunun qarşısında tab gətirməyən ermənilər sərhədboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimiz Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdular. Ermənistan həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Gəncə şəhərinə atılan raket atəşi nəticəsində 42 nəfər həlak olmuş, 200-dən çox adam yaralanmışdı. Ermənistan “Skad”və “İsgəndər-M” tipli qadağan olunmuş ballistik raketlərdən , habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə etmişdir. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450-dən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib. Ermənilər 30 illik işğal ərzində qəsdən bütün şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq genosid siyasəti aparmışlar. Ağdam o dərəcə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Xerosiması” adlandırırlar. Füzuli şəhərinin azad olunmasından ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Hətta qəbiristanlıqlar da vandalizmə məruz qalmışlar. Lakin bütün bunlar artıq tarixə qovuşub. Bu gün Azərbaycan yalnız özünün iqtisadi gücünə arxalanaraq işğaldan azad olunmuş əraziləri bərpa edir, yeni şəhər və kəndlər salır.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

Şərhlər

Şərh yazılmayıb.