Huquqaz.com

1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı

25.06.2022
2.964
1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı

1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Məhz, Ulu Öndərin 1998 – ci il mayın 22 -də imzaladığı fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan olunması, tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpa edilməsi baxımından mühüm bir hadisədir. Bu gün də bu siyasət, bu müqəddəs vəzifə Ali baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, müstəqil, qüdrətli ölkəmizin hərb tarixinə parlaq səhifələr yazılır.

Uzun illər ən ağrılı yerimiz, problemimiz olan Qarabağ münaqişəsi ordumuzun düşmən üzərində çaldığı şanlı qələbə ilə başa çatdı. Müzəffər ordumuz hər qarış torpağımız uğrunda mübarizə apardı. Vətən müharibəsində qazanılan qələbə ordumuzun gücü, şəhidlərimizin qanı, xalqımızın prezidentimizin və ordumuzun ətrafında yumruq kimi sıx birləşməsi sayəsində mümkün oldu. Ali Baş Komandanın dediyi kimi, bu qələbəni dəmir yumuruqla qazandıq.

 

Vəfa Bayramova Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

Şərhlər

Şərh yazılmayıb.