Azərbaycan – Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır
Azərbaycan – Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri hər iki dövlət arasında olan hərtərəfli münasibətlərin göstəricisidir. Dövlətimiz bütün türk dövlətləri ilə, o cümlədən Özbəkistanla əməkdaşlığa böyük önəm verir. Məhz, səfər zamanı imzalanan imzalanan sənədlər bu dostluğu və tərəfdaşlığı bir daha təsdiqləyir.Hər iki ölkə arasında olan əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Bu münasibətlər bu gün də yeni inkişaf mərhələsini keçməkdədir.Özbək xalqı hər zaman Azərbaycanın yanında olmuş, ölkəmizin ərazi bütövlüyünü dəstəkləmiş, öz dost köməyini əsirgəməmişdir. 44 günlük müharibədən sonra azad olunmuş ərazilərin bərpasına, eləcə də həmin ərazilərdə lazımi obyektlərin tikintisinə dövlət büdcəsindən vəsait ayrılmışdır.Özbəkistan səfəri və əldə olunmuş razılaşmalar dövlətlərimiz arasındakı münasibətlərin gələcək inkişafına böyük zəmin yaratmışdır.
Mayisə Xəlilov Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
Şərh yazılmayıb.