Huquqaz.com

Forumun siyasi aktuallığı

20.06.2022
1.711
Forumun siyasi aktuallığı

Forumun siyasi aktuallığı

 

Qlobal Bakı Forumu — Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2022-ci illər aralığında sayca 8 forum baş tutub. Sonuncu, VIII Qlobal Bakı Forumu 4-6 noyabr 2021-ci il tarixlərində keçirilib. Forumda həmişə olduğu kimi bu il də ali və yüksək nüfuzlu simalar, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak etdi.

Forum Azərbaycanın müasir dünyadakı yeri və rolunu əks etdirir: “Ölkəmizdə belə mötəbər Forumun keçirilməsi hər şeydən əvvəl dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir. Forumun paytaxtımızda keçirilməsi göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir”.

Belə ənənəvi tədbirlər həm 44 günlün Vətən müharibəsindən öncə, həm də müharibə dövründə davamlı olaraq keçirilirdi. Bir neçə gündür Bakıda keçirilən və bugün də davam edən tədbirlər Azərbaycanın dünya birliyindəki əhəmiyyətli rolunu göstərir. Bu mənada Prezident İlham Əliyevin də iştirak etdiyi 9-cu Qlobal Bakı Forumunun önəmini yüksək dəyərləndirmək lazımdır.

Forumda Prezident İlham Əliyevin çıxışı, həmin çıxış əsnasında səsləndirdiyi bəyanatlar da mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Forumda həm Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirib.

O açıq şəkildə qeyd etdi ki, “…Əgər Ermənistan Zəngəzur dəhlizini açmasa, yekun sülh müqaviləsi imzalanmasa, o zaman Azərbaycan bir sıra addımlar atacaq. Bu gün Azərbaycanın əlində kifayət qədər tarixi faktlar, əsaslar var ki, vaxtilə Azərbaycanın tərkibində olan Zəngəzur dəhlizi Ermənistana verilmişdir. Azərbaycan da belə olduğu təqdirdə addım ataraq Ermənistana qarşı müəyyən iddialarla çıxış edə bilər. Ermənistan bunu nəzərə almalıdır”.

Çox vacib məqamlardan biri də 30 ilə yaxın işğalçıya dəstək verən ermənipərəst ATƏT-in Minsk qrupu ilə bağlıdır. Möhtərəm Prezidentimiz kəskin şəkildə bildirdi ki, bugün Ermənistan nə qədər cəhd etsə də, Minsk qrupunun yenidən dirçəldirməsinə nail ola bilməz və belə bir qrup öz missiyasını artıq bitiribdir. Həqiqətən də təcavüzkar Ermənistan bundan çox ciddi nəticə çıxarmalıdır. Sözsüz ki, Ermənistanın nəticə çıxarmaması , Azərbaycanı başqa addımlar atmağa məcbur edəcəkdir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Hesab edirəm ki, regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidirlər.

 

Kəmalə Məmişova

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi

Şərhlər

Şərh yazılmayıb.