Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir
Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir
Birmənalı olaraq demək lazımdır ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı yalnız Azərbaycanın sülh razılaşmasına dair irəli sürdüyü təkliflər əsasında mümkün ola bilər. Bunun üçün də Ermənistan üzərinə götürdüyü öhdəlikləri, o cümlədən 2020-ci il noyabrın 10-da Moskvada Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. Məlum olduğu kimi, bu şərtlərdən biri Azərbaycanın əsas ərazilərini Naxçıvan Muxtar Respublikası ilə avtomobil və dəmir yolları ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır. Bəyanatın imzalanmasından artıq bir il yarım vaxt keçsə də, Ermənistan hələ də bu nəqliyyat dəhlizinin açılmasını yubadır. Lakin bunun nəticəsi çox ağır ola bilər. Əgər Azərbaycan hətta qalib ölkə olaraq, imzalanmış Bəyanata əsasən üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirirsə, bundan məğlub Ermənistanın boyun qaçıra biləcəyini düşünmək belə gülüncdür. Ermənistan bu hərəkətləri ilə regional sülhə yeni təhdidlər yaradır. Lakin bu təhdidlər ilk növbədə Ermənistanın özü üçün böyük təhlükədir.
Zərdab şəhəri, Fəal gənc Eşqin Əliyev
Şərh yazılmayıb.