Forumun siyasi aktuallığı
Forumun siyasi aktuallığı
16 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb. 50-dən çox ölkənin eləcə nüfuzlu beynəlxalq təşkilatların iştirak etdiyi Forumda müzakirə olunan məsələlər xüsusi əhəmiyyətə malikdir. Bu uğurlu platformanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolu isə danılmazdır. Nüfuzlu liderlərin Azərbaycanda olması, onların ölkəmizlə bağlı həqiqətlərlə yerində tanışlığı olduqca önəmlidir. Xüsusilə, postmüharibə dövründə aparılan sülh danışıqları ilə bağlı mövcud reallığın, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyinin daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması baxımından Bakı Forumu əvəzsiz rola malikdir.
Ehtiram Osmanov
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı
Şərh yazılmayıb.