Huquqaz.com

Kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir

19.06.2022
2.067
Kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir

Kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz regionunun geosiyasi, geoiqtisadi landşaftını əsaslı surətdə dəyişməklə, burada yeni əməkdaşlıq mühiti üçün də əlverişli şərait yaradıb. Xüsusən də o kontekstdə ki, müharibədə qalib gələn tərəf olaraq Azərbaycan əməkdaşlıq, sülh üçün konkret təşəbbüs və təkliflər irəli sürüb, Ermənistanla ölkəmiz arasında Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın yox, əslində, dünya ictimaiyyətinin də tələbidir. Çünki o, təkcə Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. Bu mənada Ermənistanın dəhlizlə bağlı müqavimət cəhdləri əbəsdir və Azərbaycan sonda istəyinə nail olacaq. Digər tərəfdən Zəngəzur dəhlizi regionda sülhün təməl sütunlarından biri olmaqla yanaşı, bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirmək, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasında mühüm rol oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə yanaşı, Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, ağır sosial-iqtisadi durumda olan Ermənistan üçün olduqca vacibdir. Məhz bu səbəbdən əngəl yaratmaq əvəzinə Zəngəzur dəhlizinin mümkün qədər tez istifadəyə verilməsində Ermənistan daha çox maraqlı olmalıdır.

Ermənistanda nəzərə alınmalıdır ki, Azərbaycan münaqişə səhifəsini bağlamağa hazır olduğunu dəfələrlə bəyan edib, bu məqsədlə bütün qonşu ölkələrin iştirakı ilə bölgədə inkişaf və əməkdaşlığı təmin edən gələcəyə baxışlarını ortaya qoyub. Elə bu kontekstdə Azərbaycan tərəfindən bölgədəki bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı əməli addımlar atılır. Bu, Ermənistanda da düzgün qiymətləndirilməli, əməkdaşlıq üçün adekvat addım atılmalıdır. Əks təqdirdə ən çox uduzan və zərər görən tərəf elə Ermənistan özü olacaq. Bunu Ermənistanın son 30 illik tarixi də tam təsdiq edir.

 

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.