Huquqaz.com

Prezident İlham Əliyevin BƏƏ səfəri ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək

18.01.2023
2.395
Prezident İlham Əliyevin BƏƏ səfəri ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək

Prezident İlham Əliyevin BƏƏ səfəri ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək

Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub. Bu baxımdan, ərəb ölkələri ilə əlaqələrin inkişafı da xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verəcək.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Görüş  zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib. Məlumdur ki, ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı. Amma təşkilata qeyri-daimi üzv olan  Birləşmiş Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında fəal iştirak etdi. Bu, əsl dost ölkənin dəstəyi idi. Prezident İlham Əliyev də görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bəyan edib.

Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. Azərbaycan, həmçinin dünyada güclənən islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu Proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınıb. Ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.

Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Respublikası 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində təşkilatın “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ni təsdiqləyib və bununla Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulub. Əbu-Dabi Davamlılıq Həftəsi dövlət və özəl tərəfdaşları ilə birlikdə dövlət başçılarını, siyasət xadimlərini, biznes liderlərini və texnologiya sahəsində qabaqcıl şirkətləri toplayan bir sıra tədbirlərə ev sahibliyi edir. Həftə çərçivəsində əsasən Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (İRENA) Assambleyası, Atlantik Şurasının Qlobal Enerji Forumu, “Zayed Dayanıqlılıq Mükafatı” mərasimi, Dayanıqlılıq naminə Gənclər Mərkəzi və digər tədbirlər təşkil olunur. Prezident İlham Əliyev bu tədbirin açılış mərasimində çıxış edərək Azərbaycanın enerji siyasəti, xüsusilə yeni mərhələdə yaşıl, alternativ  enerji siyasəti barədə ətraflı məlumat verib.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri: İqtisadi əməkdaşlıqda yeni mərhələ

Azərbaycanın yürütdüyü xarici siyasət kursu dövlətimizin regional və qlobal mövqelərini möhkəmləndirmək baxımdan mükəmməlliyi ilə diqqət çəkir. Prezident İlham Əliyevin dünya liderləri tərəfindən birmənalı şəkildə qəbul olunan şəxsiyyəti ilə vəhdət təşkil edən xarici siyasət kursu, ilk növbədə, bütün ölkələrlə qarşılıqlı maraqların təmin edilməsinə və sülh prinsipinə söykənir. Azərbaycanın Avropa İttifaqı ilə yüksək səviyyəli iqtisadi, siyasi münasibətləri, ABŞ, Rusiya, Çin kimi böyük super güclərlə strateji əməkdaşlıq əlaqələri, Qoşulmama Hərəkatında aktiv fəaliyyəti, Türk Dünyası Birliyi istiqamətində aparıcı mövqeyi respublikamızın xarici siyasətinin əsas prinsiplərini təşkil edir. Bu baxımdan İslam ölkələri ilə əlaqələr də dövlətimiz üçün mühüm önəm daşıyır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və ikitərəfli əlaqələrdə müsəlman ölkələri ilə münasibətlər hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri də son dərəcə əhəmiyyətli idi. Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə reallaşan görüşdə ölkəmizin başçısı Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi xoş münasibətə görə təşəkkür edərək, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaza aid müzakirələrdə bu dövlətin respublikamıza göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və qardaşlıq nümunəsi adlandırdı.

Bundan başqa, Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimindəki çıxışı da böyük maraqla qarşılandı. Mərasimdə Azərbaycanın enerji təhlükəsizliyinə toxunan ölkəmizin rəhbəri bunun bir neçə il əvvəl təmin olunduğunu, respublikamızda enerji tələbatlarının tam təmin edildiyini, bundan savayı, xam neft, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisinin ixraca yönəldildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev bütün bunlarla bərabər, “Masdar” və Azərbaycan Dövlət Neft şirkətləri arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşmaya toxunaraq, bunun qısamüddətli bir layihə olduğunu, habelə ortamüddətli layihələr nəticəsində güclərin 10 qiqavata qədər artırılacağını vurğuladı. Dövlətimizin başçısı “Masdar” şirkəti ilə qurulan əməkdaşlığın Azərbaycanı “yaşıl enerji”nin çox mühüm ixrac mənbəyinə çevirəcəyinə də əminliyini ifadə etdi.

Cənubi Qafqazın super gücü olan Azərbaycan təkcə regionda deyil, qlobal arenada da etibarlı tərəfdaş kimi nəhəng iqtisadi layihələri uğurla həyata keçirir.

Şübhəsiz ki, bütün bu uğurlar Prezident İlham Əliyevin apardığı praqmatik siyasətin məntiqi nəticəsidir. Xalq və dövlət yalnız lideri ilə qüdrətli olur. Bu baxımdan ölkəmizi beynəlxalq arenada ləyaqətlə təmsil edən Prezident İlham Əliyevə təşəkkürümüz sonsuzdur.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

Azərbaycan və BƏƏ prezidentlərinin qarşılıqlı hörmət və ehtirama əsaslanan bəyanatları, əlbəttə ki, məmnunluq yaradır

 Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Prezident İlham Əliyevin BƏƏ-yə səfəri və keçirdiyi görüşlər heç şübhəsiz ki, bu əlaqələri daha da zirvəyə qaldıracaq, inkişaf etdirəcək.

Ölkələrimiz arasında qarşılıqlı investisiya yatırımlarının, ticari əlaqələrin genişlənməsinin həm iqtisadi, həm də siyasi baxımdan tərəflərə yeni dividendlər qazandırdığını diqqətə çatdıran siyasi şərhçi deyib: “Azərbaycan və BƏƏ bütün beynəlxalq platformalarda bir-birinin maraqlarını müdafiə edir, ortaq mövqedən çıxış edirlər. Bu da çox önəmli amildir. Görüş zamanı Azərbaycan və BƏƏ prezidentlərinin qarşılıqlı hörmət və ehtirama əsaslanan bəyanatları, əlbəttə ki, məmnunluq yaradır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri iqtisadi sahədə əməkdaşlığın dinamikasını artıracaq. Burada əsas prioritet istiqamət alternativ enerji mənbələri üzərində iş və yaşıl enerji layihələrinin icrasıdır”. Onun sözlərinə görə, BƏƏ-nin nüfuzlu “Masdar” şirkəti ilə müştərək layihələrin perspektivi böyükdür. Bu layihələrlə Azərbaycan dünya enerji bazarında öz rolunu və yerini daha da möhkəmləndirəcək, böyük gəlirlər əldə edəcək.

Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artırır, dünyada söz sahibinə çevirir. BƏƏ ilə dərinləşən hərtərəfli əlaqələr də gələcəyə hesablanıb və bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Birləşmiş Ərəb Əmirlikləri üçün Qafqazda Azərbaycanla tərəfdaşlıq yeganə seçimdir

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müəyyən edilərkən, açıq mətnlə ifadə olunmuşdu ki, perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacaqdır. Buna uyğunlaşmaq, ölkəni rəqabətdə irəli aparmaq üçün sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla texnoloji ixrac məkanına çevrilmək üçün perspektivlər yaradılmalıdır. Eyni zamanda, hədəf qoyulmuşdu ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmalıdır.

O zamandan etibarən, qarşıya qoyulan bu məqsədlər üzrə Azərbaycan Prezidentinin zamanı qabaqlayan vizyonu texnoloji inkişafın yaradacağı böhranlarda boğulmamaq, əksinə gələcəyi idarə etmək istəyənlər üçün tədricən müsbət təcrübə kimi diqqət cəlb etməyə başladı. Belə bir şəraitdə Prezident İlham Əliyevin qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, habelə innovasiya üçlüyünü ehtiva edən Əbu-Dabi Davamlılıq Həftəsinin açılış mərasimində çıxış etmək üçün dəvət olunması ikitərəfli əlaqələr, yaxud hər hansı başqa müstəvidə yox, ilk növbədə, məhz dövlətimizin qeyd olunan istiqamətdə aparıcı mövqedə qərarlaşması ilə izah olunmalıdır. Yəni, Azərbaycan Prezident İlham Əliyevin strateji və uzaqgörən addımları ilə artıq gələcəyi idarə edəcək güclərdən birinə çevrilməkdədir.

Prezident İlham Əliyevin təbiri ilə desək, Azərbaycan artıq bölgənin siyasi gündəmini müəyyən edən dövlətdir. Birləşmiş Ərəb Əmirlikləri isə son 30 ildə imkanlarını artırmaqda olsa da, xüsusən Ərəb baharı dalğasından sonra bütövlükdə Yaxın və Orta Şərqin aparıcı güclərindən birinə çevrilib. Misir, Liviya, Yəmən, Efiopiya, Somalidə həyata keçirdiyi hərbi-siyasi fəaliyyətlər, İsraillə strateji işbirliyi, ABŞ-da, bir sıra Avropa ölkələrində ciddi lobbiçilik fəaliyyəti BƏƏ-nin qlobal müstəvidə ciddi siyasi qütbə çevrildiyini göstərməkdədir. Bütün bunlar isə o mənaya gəlir ki, Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərinin istənilən siyasi-iqtisadi, hərbi və təhlükəsizlik məzmunlu nəticəsi bütövlükdə regional təsirlərlə müşayiət olunacaq. Təsirlərin istiqamətini isə proqnozlaşdırmaq çətin deyil.

“İlk növbədə, həm Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, həm də Prezident İlham Əliyev tərəfindən Azərbaycanın və BƏƏ-nin ayrı-ayrılıqda fəaliyyətlərini sülhsevər hesab etdikləri bəyan olundu. Bizim üçün məhz daha maraqlı olduğu üçün, Azərbaycana münasibətdə bu məsələnin üzərində dayansaq, bu, o deməkdir ki, BƏƏ rəsmi Bakının Cənubi Qafqazda hərbi-siyasi fəaliyyətini regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdiyi səy hesab edir və bunun bəyan olunmasından çəkinmir. Üstəlik Prezident Şeyx Məhəmməd bin Zayed öz növbəsində bütün bunları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr hesab edərək dövlətimizin başçısını təbrik edib.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Əbu-Dabi Davamlılıq Həftəsində də BƏƏ-nin mövqeyi məhz, ilk növbədə, bu prinsipdən qaynaqlanır

BƏƏ-nin siyasi təsir dairəsinin radiusuna, ABŞ və Avropada ciddi lobbiçilik imkanlarına baxsaq, bu, hazırkı həssas məqamda Ermənistan və havadarları üçün ciddi zərbədir. Yəni, qlobal donor olan BƏƏ, Azərbaycanın istər Ermənistanla sərhəddə, istərsə də öz sərhədləri daxilində həyata keçirdiyi və keçirəcəyi istənilən hərbi-siyasi, yaxud cəza tədbirini bəşəri sülh üçün töhfə hesab edir və edəcək. BƏƏ, əslində bu mövqeyini yalnız sözdə ifadə etmir. Bildiyimiz kimi, bir müddət öncə, BMT Təhlükəsizlik Şurasının Cənubi Qafqaz regionuna aid müzakirələrində Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana birmənalı dəstək verməklə bu mövqeyində nə qədər qəti olduğunu ifadə etmişdi. Azərbaycan Prezidenti də BƏƏ-li həmkarı ilə görüşdə bu dəstəyi yüksək qiymətləndirərək, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bildirib.

Bu səfərin yüksək səviyyədə olan tərəfdaşlığımızı daha da dərinləşdirdiyini diqqətə çatdıran deputat deyib: “Burada bir məqam isə xüsusi qeyd edilməlidir ki, BƏƏ-Azərbaycan münasibətlərinin kökündə dayanan amillərdən ən başlıcası da məhz İlham Əliyev şəxsiyyəti ilə, onun barəsində formalaşan, möhkəmlənən “sözü və imzası bir olan nüfuz sahibi” qənaəti ilə sıx bağlıdır. Birləşmiş Əmirlik üçün Qafqazda mütəmadi hökumət böhranları ilə üzləşən qeyri-sabit subyektlər yox, möhkəm dövlətçilik, güclü və kənar təsirləri istisna edən müstəqil siyasi sistemə malik Azərbaycanla tərəfdaşlıq istisnasız olaraq yeganə seçimdir”.

Əbu-Dabi Davamlılıq Həftəsində də BƏƏ-nin mövqeyi məhz, ilk növbədə, bu prinsipdən qaynaqlanır. İstər yaşıl enerji, istər müasir innovasiyalar məkanına çevrilməkdə olan BƏƏ-nin mövcud siyasi kursu əmindir ki, Azərbaycanın milli maraqlarını istisna etməyən istənilən regional məsələdə məhz Prezident İlham Əliyevə güvənmək olar və onun baxışları ilə hesablaşmaq tam etibarlıdır. Yeni dünya düzəninə hazırlıq üzrə ən yaxşı müstəvilərdən olan Dayanıqlılıq Həftəsində ev sahibi üçün yeni tendensiyaların önündə gələn etibarlı Azərbaycandan daha uyğun və daha adekvat ikinci tərəfdaş tapmaq mümkün deyildi. Üstəlik Azərbaycan BƏƏ-də yalnız bəyanatlarla kifayətlənmədi, yeni dünya düzəni, yaşıl enerji ekosistemi üzrə çox mühüm razılaşmalar əldə olundu. Bildiyimiz kimi, SOCAR ilə gələcəyin enerjisi üzrə Əbu-Dabinin “Masdar” şirkəti arasında Azərbaycanda ümumilikdə 4 QVt gücündə dənizdə külək və hidrogen layihələrinin, Günəş fotovoltaik və quruda külək layihələrinin işlənməsinə dair birgə işlənmə sazişləri imzalamaqla Bakı sözü və əməli bir olan güc mərkəzi kimi növbəti dəfə özünü təsdiqlədi.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri qarşılıqlı əlaqələrə böyük töhfə verəcək

BƏƏ-ni Azərbaycan üçün cazibədar edən amillərdən biri də sözügedən ölkənin iqtisadi inkişaf modeli ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların mahiyyətinin uzlaşması, logistika, yaşıl enerji, enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində gerçəkləşdirilən layihələr arasında paralellərin olmasıdır.

Əbu-Dabidə keçirilən Davamlılıq Həftəsi bu ilin noyabr-dekabr aylarında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) ərəfəsində davamlı inkişafın əsas prioritetlərinə yönəlmiş bir sıra yüksək səviyyəli sessiyaları əhatə edir. Bu xüsusda, Prezident İlham Əliyevin sözügedən tədbirə dəvət alması, qlobal əhəmiyyət kəsb edən istiqamətləri əhatə edən məsələlərlə bağlı nitq söyləməsi, şübhəsiz ki, dövlətimizin başçısına, bütövlükdə isə ölkəmizə olan yüksək etimadlı münasibətin növbəti göstəricisi kimi qiymətləndirilməlidir.

BƏƏ şirkətlərinin Azərbaycana yatırdıqları investisiyalar artmaqdadır və hazırda iki ölkə arasında yaşıl enerji sahəsində çoxmilyardlı layihələrin həyata keçirilməsi üzərində iş gedir. Şübhəsiz ki, qarşılıqlı münasibətlərinin mövcud səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevin BƏƏ də daxil olmaqla Ərəb Liqasına üzv ölkələrlə əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin müstəsna rolu var. Şübhəsiz, Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri qarşılıqlı əlaqələrə böyük töhfə verəcək, ölkəmizə sərmayələrin cəlb edilməsi istiqamətində atılan addımları daha da sürətləndirəcək.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilməsi əsas hədəflərdəndir

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında  strateji əhəmiyyət daşıyan əlaqələrin inkişafı üçün yeni imkanlar yaranıb.

“Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqəti cəlb edir. Buna əsas yaradan xarici siyasətimizin  dəyişməz prinsipləridir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə  bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın Avropa, türkdilli və ərəb dövlətləri ilə əlaqələrinin hazırkı inkişaf səviyyəsi göz önündədir. Möhkəm təməl, qarşılıqlı etimad üzərində qurulan bu əlaqələr tarixi Zəfərimizdən ötən iki ildə yeni istiqamətlər üzrə sürətlə inkişaf etməkdə, əməkdaşlığın gələcək inkişafına öz töhfəsini verəcək addımlar atılmaqda, mühüm sənədlər imzalanmaqdadır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri geniş müzakirə olunmaqdadır. Dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, həmçinin  bu ölkənin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı və çıxışı iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurlu inkişafına işıq saldı. Qeyd etmək yerinə düşər ki, Əbu-Dabi Davamlılıq Həftəsi dayanıqlı inkişafı sürətləndirmək, iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün Birləşmiş Ərəb Əmirlikləri və onun təmiz enerji şirkəti “Masdar” tərəfindən dəstəklənən qlobal təşəbbüsdür. Bu, dünyanın dayanıqlılıq üzrə ən aparıcı tədbirlərindən biri hesab olunur. Gələcəyin enerjisi üzrə Əbu-Dabinin “Masdar” şirkəti tərəfindən ev sahibliyi edilən Əbu-Dabi Davamlılıq Həftəsi üç prinsip əsasında yaradılıb – Qlobal əməkdaşlıq və liderlik, İqtisadi inkişaf,  texnologiya və İnnovasiya. Qeyd edilən istiqamətlərdə Azərbaycanın malik olduğu imkanlar, liderliyi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Müasir dövrün çağırışlarını yüksək səviyyədə cavablandıran Azərbaycan yeni texnologiyaların tətbiqi şəraitində iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirir, iqtisadiyyatımızın onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sektorunda mühüm uğurlara imza atır. Bu gün bu reallığı da böyük inamla qeyd edirik ki, Azərbaycan neft, qaz, həmçinin elektrik enerjisi ixracatçısıdır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilməsi əsas hədəflərdəndir

İki ölkənin Prezidentlərinin görüşündə bir daha hər iki dövlətin sülhsevərliyi, regionda barışın, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində böyük səylər göstərdikləri xüsusi vurğulandı. İki ölkə arasında iqtisadi, siyasi, təhlükəsizlik və digər sahələrdə  əlaqələrin mövcudluğu önə çəkilərək daha da genişləndirilməsinin vacibliyi bildirildi.  Onu da qeyd etməliyəm ki, Azərbaycan  Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya mövcuddur. Komissiyanın keçirilən iclaslarında ölkələrimiz arasında iqtisadiyyatın  bu və ya digər sahələrində mövcud imkanlar geniş müzakirə edilir, qarşıdakı dövrdə yeni istiqamətlərin müəyyənləşdirilməsinin gərəkliyi diqqətə çatdırılaraq hər iki tərəfdən real addımlar atılır.

Azərbaycanın tarixi Zəfərimizin  fonunda genişlənən iqtisadi əlaqələrinə də diqqəti yönəldib: “Belə ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur dövlət başçısı İlham Əliyev tərəfindən  “yaşıl enerji” zonası elan edilib. O da məlumdur ki, 2021-ci ildə dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında  “Azərbaycan 2030: sosial-iqtsadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Bu sənəddə işğaldan azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi potensial, eyni zamanda, hədəflər öz əksini tapıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də yaxın 10 ildə ölkəmizin sosial-iqtisadi inkişafına dair 5 milli prioriteti əsas götürülüb: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilməsi əsas hədəflərdəndir.  Dövlət başçısı İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın bu sahədə malik olduğu potensialı rəqəmlər əsasında diqqətə çatdırdı. Bildirdi ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni, 200 qiqavata yaxın potensial var. Azərbaycana  kifayət qədər ixrac marşrutları lazımdır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

Azərbaycanın Ərəb Dövlətləri Liqası və ona üzv dövlətlərin hər biri ilə əlaqələri yüksək səviyyədədir.

Paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş Şuşamızın da iqtisadi mərkəzə çevrildiyini xüsusi vurğulayaraq diqqəti ötən ilin iyununda Bakı Enerji Həftəsi çərçivəsində mədəniyyət paytaxtımızda keçirilən Xüsusi Sessiyaya  və imzalanan sənədlərə yönəldib. Tədbir  çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” imzalanmışdır. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində isə  Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalandı. Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir. İmzalanan sənədlər  Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə töhfə verəcək.

Azərbaycanın Ərəb Dövlətləri Liqası və ona üzv dövlətlərin hər biri ilə əlaqələrin daha da genişlənməsində ötən il dövlət başçısı İlham Əliyevin Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına Fəxri qonaq statusunda qatılması və orada çıxışının mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Bu mühüm hadisələr Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Eyni zamanda, qarşılıqlı səfərlər, imzalanan sənədlər münasibətlərdə yeni səhifənin açılmasında əsas amildir. Dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət etdi. Bütün bunlar onun göstəricisidir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında  strateji əhəmiyyət daşıyan əlaqələrin inkişafı üçün yeni imkanlar yaranıb.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Azərbaycan və BƏƏ arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir

Ölkəmiz Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı etimad və dostluq münasibətlərinə xüsusi önəm verir. Dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr ötən otuz ildə daha da möhkəmlənib. Müxtəlif sahələrdə əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. İki ölkə arasında münasibətlər strateji əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərində dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində fəxri qonaq qismində iştirakı və çıxış etməsi dövlət başçımızın regionda liderliyinin göstəricisidir. Dövlət başçımız çıxışında bildirib ki, Azərbaycan və BƏƏ arasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də çox müsbət münasibətlər mövcuddur. Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Başqa sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik. Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.

BƏƏ şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi və investisiya qoyması onların da birbaşa marağındadır. Burada əsas nüans ondan ibarətdir ki, bərpaolunan enerjidən istehsal olunan enerjinin 20 faizi daxili bazara yönləndirilsin, 80 faizi isə eksporta getsin. Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, sənaye, kənd təsərrüfatı, ticarət, turizm, logistika, qarşılıqlı investisiya qoyuluşu və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuş, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsi üçün potensial imkanlardan səmərəli istifadənin əhəmiyyəti qeyd edilmişdir. Hər iki ölkənin Dördüncü Sənaye İnqilabı  Mərkəzləri şəbəkəsinə qoşulması bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.