Huquqaz.com

IX Qlobal Bakı Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirdir

19.06.2022
2.106
IX Qlobal Bakı Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirdir

Prezident İlham Əliyevin 16 iyun tarixində keçirilmiş “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı

IX Qlobal Bakı Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirdir.

 

Öz inkişafına görə fərqlənən Azərbaycan həm də uzun illərdir müxtəlif nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi dünyanın diqqət mərkəzindədir.

Bu cür tədbirlər, eyni zamanda, dünyada dinlər və xalqlar, o cümlədən Avropa ilə Asiya arasında etimadın yaranmasına kömək edir.

“Buna misal olaraq qeyd edə bilərik ki, 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. “Bakı Prosesi” İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınıb. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilib. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil edib. Ölkəmiz, eyni zamanda, müxtəlif dünya və Avropa çempionatlarına, beynəlxalq mədəni tədbirlərə də uğurla ev sahibliyi edibdir.

Onun sözlərinə görə, məhz bu sadalananlar fonunda IX Qlobal Bakı Forumu da dünyanın diqqət mərkəzindədir. İyunun 16-da öz işinə başlayan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda 50-dən çox ölkədən 400-ə qədər nümayəndə, o cümlədən dövlət və hökumət nümayəndələri, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edirlər. Bu da IX Qlobal Bakı Forumuna beynəlxalq aləmdə göstərilən maraqdan xəbər verir. Başqa bir tərəfdən Forumda hazırda dünyada mövcud olan ən aktual məsələlərin fəal müzakirə olunması, problemlərdən çıxış yollarının axtarılması, Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərlərinin, çoxsaylı ölkələrin keçmiş rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin, aparıcı ekspertlərin, habelə Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və sair rəhbərlərinin iştirakı, Britaniya, İtaliya, Latviya və digər ölkələrin rəhbərlərinin isə müraciətləri bu tədbirə beynəlxalq aləmin xüsusi diqqətlə yanaşdığının bariz nümunəsidir.

Bu Forum əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirdir. Amma həm də bu forumlardan fərqlənir. O baxımdan ki, Davos Forumu yalnız iqtisadi, Münxen Konfransı isə təhlükəsizlik məsələlərini əhatə edir. Bunlardan fərqli olaraq Qlobal Bakı Forumu universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Qlobal Bakı Forumu adınadan da göründüyü kimi bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur.

Bəlli olduğu kimi öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra həm də yeni reallıqlar yaradan ölkəyə çevrilib. Bu gün regionun gələcək inkişafına hədəflənən bütün addımların müəllifi kimi məhz Azərbaycan ön sırada dayanır. Bu sadalananların fonunda bu cür tədbirlərə ev sahibliyi etməklə Azərbaycan bir daha güclü dövlət olduğunu ortaya qoyur, digər tərəfdən də bu tədbirlər vasitəsilə postmüharibə dövründəki reallıqları dünya birliyinə çatdırır. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında öz əskini tapan məqamlar da bunu bir daha təsdiqləyir.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Şərhlər

Şərh yazılmayıb.