Bütün dünyaya verilən aydın mesaj
Bütün dünyaya verilən aydın mesaj
Azərbaycan-Türkiyə qardaşlığı hər zaman birliyini sübut etmişdir. İstər müharibə dövründə olsun, istərsə də, müharibədən sonra olsun bu dövlətlər hər zaman bir-birinə dəstək olmuşdur. Tariximizin ən önəmli anlarında Türkiyə hər zaman Azərbaycanla bir yerdə addımlamışdır. Xatırlayırıq ki, Bakının erməni işğalından azad edilməsindən sonra edilən hərbi paradda Türk əsgərləri bizim əsgərlərlə çiyin-çiyinə idi. Eyni hadisəni biz Zəfər paradında da gördük.Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. Bütün bunlar birliyimizin təntənəsidir. Bir həmişə bir yerdə olacağıq və gücümüz günü-gündən artacaq.
Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllim- Lətifli Tükəz
Şərh yazılmayıb.