Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır
Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır.
Bu gün tariximizin ən böyük və ən qürurlu bərpa və yenidənqurma işlərini aparırıq. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi perspektivləri həm daxili, həm də xarici yatırımlar üçün geniş imkanlar açır. Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində bir neçə yüz kilometr uzunluğunda dövlət sərhədlərimizə tam nəzarəti bərpa etmişik. Bu ərazilərin mövcud potensialı, xammal və təbii ehtiyatları, məhsuldar torpaq sahələri bərpa mərhələsindən sonra qısa zamanda burada yeni iş yerlərinin yaradılmasına və güclü iqtisadi inkişafa səbəb olacaqdır.
Ermənistanla sərhədlərin müəyyən olunması qarşıda duran ən önəmli proseslərdən biridir. Bu Ermənistanda revanşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir.
Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya qəbul edir. Ona görə də Azərbaycan- Ermənistan sərhədlərinin delimitasiyası prosesi tezliklə həyata keçirilməlidir
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini-Maisə Xəlilova
Şərh yazılmayıb.