Doğma Qarabağımızda quruculuq və yenidənqurma işləri uğurla davam etdirilir
Doğma Qarabağımızda quruculuq və yenidənqurma işləri uğurla davam etdirilir
Prezidentimz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı, artan iqdisadi gücümüz, xalqımızın birliyi Vətən Müharibəsində Azərbaycanın qələbəsini şərtləndirmiş oldu. Ermənistanı rəzil duruma salan bu qələbə ölkəmizin gücünü bütün dünyaya bəyan etmiş oldu. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə başlanılmış bərpa quruculuq işləri, yeni yeni layihələrin icra olunması bölgənin inkişafına mühüm töhfələr verir. Qısa vaxt ərzində, yüksək sürətlə davam etdirilən quruculuq işləri nəticəsində bu ərazilərimizdə böyük inkişafın təməlləri atılır, 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımıza artıq yeni həyat qayıdır. Aparılan işlərin məqsədi yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir.
Bu gün artıq doğma Qarabağımızda həyat yenidən canlanır. İşğaldan azad edilən bütün şəhərlərin baş planının hazırlanması, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası, infrastrukturun yenilənməsi, bu ərazilərimizdə texnoloji innovasiyaların tətbiqi Qarabağımızın inkişafı ilə bağlı möhtərəm Prezidentimizin istəklərini nümayiş etdirir. Mayın 27-də Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı, burada yaradılmış müasir şərait azad edilmiş torpaqlarımızda çiçəklənən bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlərin aparıldığını nümayiş etdirir.
Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi – Ələkbər Kərimov
Şərh yazılmayıb.