Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu
Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdir. 1917 – ci il fevral inqilabından sonra üç milləti özündə birləşdirən Zaqafqaziya seymi yaradıldı. Lakin kəskin milli mənafe meylləri Seymin dağılmasına gətirib çıxartdıı.Azərbaycan da mayın 27- də istiqlaliyyətini elan etdi.44 nəfər müsəlman nümayəndələri Tiflisə toplaşaraq Milli Şuranı yaratdılar və Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə seçildi.1918 -ci ildə İstiqlaliyyət Bəyannaməsi qəbul edildi.İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Milli şura müvəqqəti hökuməti də təsdiq edir və Fətəli xan Xoyski hökumətin sədri seçildi . Paytaxtın Gəncə olması digər ölkələrə əliçatanlığı mümkünsüz edirdi . Axı Cümhuriyyətin yaranması haqqında digər ölkələrə məlumat vermək əlaqə qurmaq , Cümhuriyyəti tanıtmaq lazım idi .Qafqaz İslam ordusu Bakını işğaldan azad etdikdən sonra Fətəli xan Xoyski hökuməti paytaxtı Bakıya köçürdü.1918-ci ilin dekabrın 7- də parlament yaradıldı. Bu müsəlman şərqində ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri seçildi. Parlament az bir müddətdə 150 dən çox iclas keçirmiş ,müxtəlif sahələrdə oyanış ,inkişaf əldə etməyin yollarını tapmaq üçün müzakirələr aparılmış, qərarlar qəbul edilmişdir. Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət Hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. .İlk ali təhsil müəssisəsi sayılan Bakı Dövlət universiteti məhz Cümhuriyyət dövründə yaradılmışdır.Dövlət rəmzlərimiz – üçrəngli bayrağımız,gerbimiz ,himnimiz məhz Cümhuriyyətin bizə qoyduğu dəyərli miraslardır.
Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideyalarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Bu gün də biz Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarını hörmətlə anırıq və 28 may- Müstəqillik Gününü təntənə ilə qeyd edirik.
Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi- Aydan Vahidli
Şərh yazılmayıb.