Huquqaz.com

Qurtuluşa aparan yolun ilk pilləsi

11.05.2022
2.080
Qurtuluşa aparan yolun ilk pilləsi

Qurtuluşa aparan yolun ilk pilləsi

Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Ulu öndər Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Ulu öndər Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. Ulu öndər Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Ulu öndər Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Ulu öndər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Azərbaycan real təhlükələrlə üzləşdiyi dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkəni böhrandan xilas etdiyinə görə milyonlarla insanın müraciəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi 15 iyunu Ulu öndər Heydər Əliyevin şərəfinə dövlət bayramı – Milli Qurtuluş günü elan etmişdir

Zeynalov Səlim – Zərdab rayonu, Dəkkoba kənd tam orta məktəbinin direktoru

Şərhlər

Şərh yazılmayıb.