Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır
Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır.
Böyük insan, müdrik xilaskar Heydər Əliyevin həyat və fəaliyyəti tarix üçün bir örnək, xalqımız üçün bir nümunədir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi şah əsərini – müstəqil, demokratik Azərbaycanı bəxş etdi. Heydər Əliyev Azərbaycanı öz şəxsi nüfuz və əməli fəaliyyəti ilə dünyaya tanıtdı. Heydər Əliyev Azrbaycan xalqının tarixinə qurucu və xilaskar kimi daxil olmuş, xalqın məhəbbətini qazanmış dahi şəxsiyyətdir. Həyatını ölkəsinə və xalqına həsr edən Heydər Əliyev həmişə söyləmişdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Məhz bu səbəbdən Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev yada düşür. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz fəaliyyəti dövründə xalqa arxalanmış, xalq da ən çətin anlarında, ən çətin günlərində ona müraciət etmişdir. Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparmışdır. Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyət, müasir Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü demokratik dövlərə çevirmək, xalqına firəvan həyat bəxş etmək idi. Öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdı. Azərbaycan xalqı da əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı məsələlərdə ən düzgün qərarı verəcək.
Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi- Rüstəmova Aliya
Şərh yazılmayıb.