Huquqaz.com

Azərbaycanda mövcud tolerantlıq və multikulturalizm, dəyərlərə olan hörmət dünyaya bir nümunədir

03.05.2024
2.241
Azərbaycanda mövcud tolerantlıq və multikulturalizm, dəyərlərə olan hörmət dünyaya bir nümunədir

Azərbaycanda mövcud tolerantlıq və multikulturalizm, dəyərlərə olan hörmət dünyaya bir nümunədir

Bu günlər bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ölkəmizə 110 ölkənin 700 nümayəndəsinin gəlməsi Forumun möhtəbərliyindən və nüfuzundan xəbər verir. Bakı prosesi dünya dövlətlərinin nüfuzlu siyasətçilərini, ziyalılarını, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirdi.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanda tolerantlığın, multikulturalizmin yüksək səviyyədə olması, hələ də bəzi Avropa dövlətlərinin neokolonializm siyasəti həyata keçirdiyi və digər xalqlara müstəmləkə kimi yanaşmaları barədə çıxış etdi. Ölkə başçımızın çıxışı dünyanın bir çox dövlətlərinin nüfuzlu, kütləvi informasiya vasitələrində ətraflı işıqlandırıldı, dünyanın siyasi ekspertləri və analitikləri Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat, beynəlxalq hüquqa hörmətlə yanaşan, dövlətinin və xalqının milli maraqlarını hər şeydən üstün tutan bir dövlət başçısı olduğunu vurğuladılar.

Azərbaycanda mövcud tolerantlıq və multikulturalizm, dəyərlərə olan hörmət dünyaya bir nümunədir. Ölkəmizdə müxtəlif dinə, dilə malik xalqların nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalara ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərilir. Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqlar öz Prezidentinin ətrafında sıx birləşdi. Onlar yeganə vətənlərinin Azərbaycan olduğunu bütün dünyaya çatdırdılar. Məhz bu birlik nəticəsində Azərbaycan 30 il Ermənistan işğalında olan torpaqlarını azad etdi.

Prezident İlham Əliyev hər zaman beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmaq siyasəti həyata keçirib. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar 30 il Azərbaycan torpaqlarının işğalda qalmasına göz yumdular. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan ərazisindən qoşunlarının çıxarılması barədə 4 qətnamə qəbul etsə də, bu qərara səs verən dövlətlər qərarın icrası üçün heç bir iş görmədi. Azərbaycan hər zaman sülhə, bərabərliyə, ədalətə, o cümlədən, bəşəriyyətin gələcəyinə müsbət təsir göstərən işlərə xidmət edən siyasət həyata keçirir. COP-29 kimi dünyanın ən nüfuzlu tədbirinin Azərbaycanda keçirilməsi barədə dünya dövlətlərinin yekdil qərarı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə verilən böyük dəyərdir. Azərbaycan həmişə dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşıb, digər dövlətlərin və xalqların azad, müstəqil yaşamaq hüququna malik olmaları siyasəti həyata keçirir. Bəzi Qərb dövlətləri, xüsusən Fransa XXI əsrdə də müstəmləkəçilik, neokolonializm siyasəti həyata keçirir. Azərbaycan Fransa müstəmləkəsindən əziyyət çəkən dövlətlərlərə və xalqlara dəstək olmaqdadır. Bakı Təşəbbüs Qrupu bu istiqamətdə uğurlu və davamlı tədbirlər həyata keçirir. Fransa müstəmləkəsindən əziyyət çəkən dövlət və xalqlar Azərbaycan dövlətini özlərinin ən böyük dəstəkçisi hesab edirlər və Qərb müstəmləkəsinə qarşı mübarizə aparırlar. Forumda çıxışı ilə Prezident İlham Əliyev bir daha Azərbaycanın müstəmləkəyə, neokolonializmə qarşı çıxan, tolerantlıq, multikulturalizm dəyərlərinə hörmətlə yanaşan bir dövlət olduğunu dünyaya nümayiş etdirdi.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.