Cənubi Qafqazın ən böyük siyasi partiyası
Cənubi Qafqazın ən böyük siyasi partiyası.
İslahatlar bütün sahədə olduğu olduğu kimi YAP strukturlarında həyata keçirilir və onlar genişlənməkdədir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilib. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanıb. Həmçinin Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say tərkibi müəyyən edilib, üzvləri, sədri və sədr müavinləri seçilib. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilib. VII Qurultaydan ötən 3 il ərzində YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. YAP Gənclər Birliyinin tərkibində hər biri 6 üzvdən ibarət olmaqla 5 komitə – Beynəlxalq əlaqələr, Dayanıqlı inkişaf, YAP yerli təşkilatları ilə əlaqələr və QHT-lərlə iş, Şəhid ailələri və qazilərlə iş, Milli dəyərlər komitələri yaradılaraq qeyd olunan istiqamətlər üzrə 5500-dən çox gəncin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilib.İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətində gənclərin də təmsil olunması partiya sədri, ölkə Prezidenti İlham Əliyevin gənclərinə göstərdiyi böyük etimadın bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası böyük bir siyasi məktəbdir. Bu siyasi məktəbdəki uğurun başlıca istiqamətlərindən biri məhz ənənə və varislikdir. Belə ki, gənclər özlərindən öncəki nəsillərin səmərəli fəaliyyətini daha da inkişaf etdirərək sonrakı nəsillərə ötürürlər. Bu isə öz növbəsində partiyamızın inkişafında böyük rol oynamaqdadır. İkinci Vətən Müharibəsində əldə olunmuş tarixi Qələbə sayəsində bu gün Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən bu quruculuq işlərində hamı böyük həvəslə iştirak edir. Artıq keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışına başlanılıb. Həmin ərazilərdə bütün lazımı infrastrukturlar yaradılır, yollar çəkilir, evlər və sosial obyektlər tikilir. Ötən il sentyabrın 20-də Xocalı işğaldan tam azad edildikdən sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq burada bərpa işlərinə başlanılıb. Prezident İlham Əliyevin fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı qeyd etdiyi kimi: “Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”.Bu gün regionda tam yeni reallıqlar yaranıb. Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bilib. Prioritetlər arasında qonşu ölkələrlə əməkdaşlıq məsələləri xüsusi yerə malikdir. Bu gün ölkəmiz digər ölkələrlə, o cümlədən Avropa İttifaqı ilə bərabər hüquqlu münasibətlər qurub, Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb, əlaqələr genişlənir.
Cəvahir Murtuzayeva -Zərdab Gənclər evinin psixoloqu
Ölkələr arasında əməkdaşlığı labüd edən təşəbbüslər.
44 gülük müharibədə Azərbaycanın əldə etdiyi möhtəşəm Qarabağ Zəfərinin bölgədə yaratdığı yeni reallıqlar ölkəmizin regionun lideri statusunu təsdiqlədi və möhkəmləndirdi. İqtisadi və siyasi müstəqilliyini gündən-günə gücləndirən Azərbaycanın xarici tərəfdaşlarının sayı da durmadan artır, ən aktual, qlobal əhəmiyyət daşıyan problemlər, məsələlərlə bağlı ölkəmizin, onun rəhbərliyinin mövqeyi aparıcı dövlətlərin və beynəlxalq təşkilatların marağına səbəb olur.Təbii ki, bu amillər ölkənin xarici siyasətinin davamı xarakteri daşıyan YAP-ın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə də öz müsbət təsirini göstərir. Partiyanın VII qurultayında qəbul olunan struktur dəyişiklikləri, yeni Nizamnamə və YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiqedilmiş partiyanın yeni Proqramı Azərbaycanın aparıcı siyasi qüvvəsi olan YAP-ın yeni daxili və xarici stuasiyaya uyğunlaşması, zamanla ayaqlaşması baxımından olduqca mühüm addımlar olmuşdur. Azərbaycanda olduğu kimi, beynəlxalq səviyyədə də xeyirxahlıq, humanizm simvolu,tərənnümçüsü kimi tanınan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qurultaydan sonra partiya sədrinin birinci müavini təyin olunması YAP-ın beynəlxalq nüfuzuna və imicinə müsbət təsir göstərmişdir.Bundan başqa, bu siyasi təşkilatın xarici əlaqələrinin genişləndirilməsi yönündə mühüm səfərlər, tədbirlər baş tutmuş, sənədlər imzalanmışdır. Partiyamız ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci il iyun ayının 2-də imzalanmış əməkdaşlıq protokolu ilə yeni mərhələyə qədəm qoydu. Hər iki partiyanın birgə təşkilatçılığı ilə ötən iləyani və videoformatda konfranslar keçirilmiş, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutmuşdur. Partiya liderləri arasında olan dostluq münasibətləri AK partiya və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. Həmçinin ötən il YAP Çin Kommunist Partiyasının videoformatda təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmiş və oktyabrın 29-da iki partiya arasında videoformatda keçirilmiş görüş zamanı əməkdaşlığın yeni perspektivləri müzakirə olunmuşdur. 29 noyabr 2021-ci ildə isə YAP nümayəndə heyəti Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirlərdə iştirak etmişdir. Eyni zamanda, YAP-ın Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur.Azərbaycanın hakim partiyası Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir Eyni zamanda, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini sürdürür. Bu gün istər ikitərəfli müasibətlərdə, istərsə də iştirak etdiyi beynəlxalq tədbirlərdə YAP mütəmadi olaraq Azərbaycan həqiqətlərini, Qarabağın dirçəldilməsi yönündə görülən işləri təbliğ edir, hərtərəfli, dayanıqlı inkişaf, multikulturalizm, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması, COVİD-19 pandemiyası və onun sosial-iqtisadi nəticələri ilə uğurlu mübarizə, ətraf mühitin qorunması, yaşıl enerjiyə keçid və digər aktual mövzularda ölkəmizin təcrübəsini bölüşür. Bir sözlə, beynəlxalq nüfuzu artan, xarici əlaqələri genişlənən YAP ölkəmizin milli maraqlarının müdafiə və təmin olunmasına öz töhfələrini verməkdədir.
Toğrul Abulov-Zərdab Gənclər evi SXM-in metodisti
Cənubi Qafqazın ən böyük siyasi partiyası
21 noyabr 1992-ci il tarixində Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmiş və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçilmişdir. Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Partiya qısa müddətdə mütəşəkkil siyasi qüvvə kimi formalaşmış və yüz minlərlə insanı ətrafında birləşdirmişdir. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. 1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.
Toğrul Abulov -Zərdab Gənclər evinin metodisti
Şərh yazılmayıb.