Huquqaz.com

Zəngilan rayonunda böyük turizm potensialı vardır

06.05.2022
2.352
Zəngilan rayonunda böyük turizm potensialı vardır

Zəngilan rayonunda böyük turizm potensialı vardır.

27 sentyabr 2020-ci ildə başlamış və müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Zəngilan rayonu işğaldan azad edildi.Müharibə bitdikdən dərhal sonra Qarabağ artıq geniş tikinti meydançasına çevrilib. Qələbədən sonra dayanmadan, fasiləsiz bərpa işlərinə start verilib. Böyük tikinti meydanına çevrilən bölgələrdən biri olan Zəngilan rayonu həm də Şərqi Zəngəzur iqtisadi rayonunun qapısıdır, iqtisadi, siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb edir. Zəngilanda Ermənistan işğalından sonra yenidənqurma işləri hərtərəfli istiqamətdə gedir. Bu həm də rayonun turizm imkanlarının dəyərləndirilib sahənin reallıqda turistlər üçün əlverişli yer olacağına əsas verir. Yaxın zamanda onların Zəngəzur bölgəsinə axını gözlənilir. Lazımı infrastrukturlar və normal həyat şəraiti turistlər üçün əsas amillərdən biridir. Bu baxımdan Zəngilan hava limanının da böyük strateji əhəmiyyəti vardır. Hava limanı vasitəsilə Zəngilan sənaye, tranzit daşınmalarının mərkəzi olacaq, böyük logistika mərkəzinə çevriləcək. Zəngilan hava limanı xarici turistlərin rahat gəlişini təmin edəcək.Zəngilan rayonunun çox gözəl , füsunkar təbiəti var. Zəngilan öz təbiətinə görə ölkəmizin ən gözəl rayonlarından biridir. Heç təsadüfü deyil kl, ilk “Ağıllı kənd” layihəsi məhz Zəngilanda həyata keçirildi. Təbii ki, Zəngilan rayonunda böyük turizm potensialı vardır. Çünki gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq. Artıq həmin ərazilər abadlaşır, həyat öz axarına düşür.Nəinki Zəngilan ümumiyyətlə Qarabağın işğaldan sonra yenidən qurulması, imkanlarının qiymətləndirilməsi gələcəkdə regionun turizm mərkəzinə çevrilməsinə yüksək şərait yaradır.Bunun üçün artıq heç bir maneə yoxdur. Çünki, Zəngilan Qarabağdır, Qarabağ Azərbaycandır!

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru- Vəfa Bayramova

Şərhlər

Şərh yazılmayıb.