Huquqaz.com

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir

19.06.2023
1.996
Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir.

Cənab Prezident İlham Əliyevin cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verilmiş bəyanatında qeyd edildiyi kimi Azərbaycan və Pakistan  arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib və Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Azərbaycanda öz növbəsində Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Azərbaycan bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdirir. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Azərbaycan və Pakistan münasibətləri təhsil, müdafiə və digər sahələrdə günü gündən güclənməkdədir. Təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər. Bütün sahələrdə iki ölkə arasında  əməkdaşlıq əlaqələrində qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə Azərbaycan və Pakistanın mövqeləri üst-üstə düşür. Bu gün Azərbaycanın istər qonşu dövlətlərlə istərsədə dünya dövlətləri ilə qurduğu yüksək dostluq əlaqələri ölkə başçısı cənab İlham Əliyevin apardığı uzaqgörən, balanslı daxili və xarici siyasətin nəticəsidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov     

 

Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib

Azərbaycan Kəş­mir məsələsində Pakistanın haqlı mövqeyini beynəlxalq təşkilarlarda daim dəstəkləyib və bu gün də dəstək­ləməkdədir. Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə mətbuata verdiyi açıqlamada bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb: “Azərbaycan Pa­kistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcək­dir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdi­ririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdı­rır”. Pakistanın da ölkəmizin maraqlarını qətiyyətlə müda­fiə etməsi, bu kontekstdə dünya birli­yinə açıq mesajlar ünvanlaması Ermə­nistanın havadarları üçün də çəkindirici amil oldu. Erməni faşizminin himayə­darları bu mesajlar sayəsində anladılar ki, Azərbaycan tək deyil və onun mü­dafiəsinə hazır olan güclü dövlətlər var.  Azərbaycan Qarabağ, Pakistan isə Kəşmir məsələsində haqlı olduğunu hələ illər öncə inkaredilməz faktlar­la bütün dünyaya sübut edib. Hər iki qardaş dövlət göstərib ki, onlar haqq, ədalət işi uğrunda mübarizə aparmaq­dadır. Bu baxımdan həm Azərbaycanı, həm də Pakistanı eyni cəbhənin silah­daşları adlandırmaq mümkündür.  Heydər Əliyev: “Kəşmir problemi haqqında Azərbaycan Respublikası öz mövqeyini daim bildirib”. Azərbaycan Ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmində də Kəşmir məsələsində Pakistan dövlə­ti ilə həmrəylik sərgiləyib, onun haqq işini dəstəkləyib. Nümunə üçün qeyd edək ki, ümummilli lider 11 aprel 1996-cı il tarixində Pakistan Televiziyasına müsahibəsində bir daha Azərbaycanın Kəşmir problemi ilə bağlı mövqeini ifa­də edib, açıq şəkildə Pakistan dövlə­tinə dəstək nümayiş etdirib: “Pakistan üçün çox mühüm olan Kəşmir proble­mi haqqında Azərbaycan Respublikası öz mövqeyini daim bildiribdir, yəni biz beynəlxalq təşkilatlarda, başqa lazı­mi səviyyələrdə Pakistanın bu barədə haqq-ədalət işini, Kəşmir problemi ilə əlaqədar olaraq onun mövqelərini daim müdafiə etmişik və bu gün də müdafiə edirik. Mən həm cənab prezidentlə gö­rüşəndə, həm də hörmətli baş nazir ilə görüşəndə bu barədə öz bəyanatlarımı vermişəm. Kəşmirdə insan hüquqları­nın pozulmasını biz qətiyyətlə pisləyirik və buna öz etirazımızı bildiririk”. Prezident İlham Əliyevin 15 iyun 2023-cü il tarixində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşündə səs­ləndirdiyi fikirlər göstərdi ki, dövlətimiz bundan sonra da Kəşmir məsələsində qardaş Pakistan xalqına dəstək ver­məkdə davam edəcək.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

Önəmli amil

Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə öz regionunda nüfuz sahibidir və onları birləşdirən dəyərlərdən biri də ikisinin də müsəlman ölkəsi olmasıdır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb. Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Pakistan Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümunəsidir. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib və hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

Perspektiv əməkdaşlıq istiqamətləri

Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətləri mövcuddur. İki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Hazırda Azərbaycan-Pakistan strateji tərəfdaşlığı uğurla inkişaf edir, dostluq münasibətləri daha da möhkəmlənir. İki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq inkişaf etdirilməkdədir. Müxtəlif sahələrdə münasibətlər genişlənərək xeyli güclənmişdir və iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialı mövcuddur.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

   

Ciddi siyasi dəstək

Pakistan sentyabrın 27-dən noyabrın 10-dək davam edən və işğalçı Ermənistanın tam kapitulyasiyası ilə başa çatan 44 günlük Vətən müharibəsində də daim Azərbaycanın yanında olub. Vətən müharibəsi dövlətimiz, xalqımız üçün həqiqət anı idi. Bu müddət bir çox reallığın üzərinə növbəti dəfə işıq saldı. Ən mühüm məqamlardan biri budur ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan əks-hücum əməliyyatlarında qardaş Türkiyə və Pakistan Azərbaycanı güclü şəkildə dəstəklədilər. Bu dəstək işğalçı dövlətin rəhbərlərinin və onların havadarlarının iddia etdikləri kimi heç də hərbi xarakter daşımırdı. Bu, sırf siyasi-mənəvi dəstək idi. Şübhəsiz ki, Azərbaycan xalqı dost, qardaş və strateji tərəfdaş ölkələr olan  Türkiyə və Pakistana bu qətiyyətli mövqeyinə, mənəvi və siyasi cəhətdən prinsipial dəstəyinə görə minnətdardır. Nəticə etibarilə Azərbaycan ilə Pakistan arasında münasibətlər strateji əhəmiyyətə malik olmaqla yanaşı, nümunəvi xarakter daşıyır. Təbii ki, səmimi və qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri fonunda formalaşmış ortaq dəyərlərin, həmçinin fəal dialoq ənənəsinin gənc nəsillərə ötürülməsi və aşılanması məsələsi də xüsusi aktuallığa və əhəmiyyətə malikdir. Hazırkı mərhələdə hər iki ölkə gəncləri arasında sıx təmasların, fikir və təcrübə mübadiləsinin həm Azərbaycanın, həm də Pakistanın müvafiq qurumları tərəfindən təşviq olunması və dəstəklənməsi olduqca vacibdir. Azərbaycan Ordusunun ardıcıl qələbələri münasibətilə öz sevincini qürurla nümayiş etdirən gənclərimiz üçrəngli bayrağımızla yanaşı, Türkiyə və Pakistanın da milli suverenlik rəmzi olan bayraqlarını iftixarla dalğalandırdılar. Bu həm mənəvi birlik və həmrəylik rəmzi, həm də qardaşlıq münasibətlərinin təntənəsi idi. Heç şübhəsiz, qarşıdakı dövrdə də gənclərin sıx inteqrasiyası üçün müvafiq addımlar atılmalı, tarixi, siyasi və mədəni əlaqələrin fonunda ortaq dəyərlərin gənc nəslə ötürülməsi ilə mənəvi körpü daha da gücləndirilməlidir. Türkiyənin, Pakistanın və Azərbaycanın müttəfiqliyi hər üç ölkənin, eyni zamanda bəşəriyyətin mənafeyinə xidmət edir. Bütövlükdə bu üç ölkənin son illərdə daha da möhkəmlənən çoxşaxəli əməkdaşlığı Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir. Təzyiq və təhdid mexanizmləri tətbiq etmək niyyətindən uzaqda dayanan Türkiyə, Pakistan və Azərbaycanın Avrasiya coğrafiyasında formalaşdırdığı yeni güc mərkəzi rəqabətqabiliyyətlidir, inkişafa və qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə, bütövlükdə regional və qlobal tərəqqiyə xidmət edir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

Şərhlər

Şərh yazılmayıb.