Azərbaycan idmançıları qazandıqları nailiyyətlərlə ölkəmizin dünyada idman ölkəsi kimi mövqelərini bir qədər də möhkəmləndirir
Azərbaycan idmançıları qazandıqları nailiyyətlərlə ölkəmizin dünyada idman ölkəsi kimi mövqelərini bir qədər də möhkəmləndirir
Müasir dövrdə idman cəmiyyətin bütün sahələrinə nüfuz edərək əmək və həyat fəaliyyətinə, yaşayış tərzinə, etik-əxlaqi dəyərlərə, millətlərarası və dövlətlərarası münasibətlərə güclü təsir göstərir. İdman mərdlik, iradəlilik, dözümlülük, qəhrəmanlıq məktəbi olmaqla insanı həyata hazırlayır, çətinliyə sinə gərməyi öyrədir. Müstəqil Azərbaycan Respublikasında dövlətin qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, o cümlədən dövlətçiliyin, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi, şəxsiyyətin harmonik inkişafı, gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində bədən tərbiyəsi və idmanın gündəlik həyatımıza daxil edilməsi hazırkı dövrdə aktual tələblərdən birinə çevrilib.
Dövlət başçısının idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasət, bədən tərbiyəsinin və idmanın inkişafı ölkəmizin ümumi inkişaf siyasətinin tərkib hissəsini təşkil edir. Digər tərəfdən idmanın inkişafı ölkənin nüfuzu, beynəlxalq aləmdə tanınmasıdır.
Azərbaycan idmançıları qazandıqları nailiyyətlərlə ölkəmizin dünyada idman ölkəsi kimi mövqelərini bir qədər də möhkəmləndirir. Dövlət idmanın inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirərək ölkədə sağlam həyat tərzinin təbliğinə çalışır. Bunun üçün bütün mümkün vasitələrdən istifadə edilir.
Regionlarda Olimpiya İdman Komplekslərinin və idman obyektlərinin sayının ildən-ilə artırılması, idman növlərinin inkişafına diqqətin artırılması, hər təqvim ilində əhalinin bütün yaş qruplarını əhatə edən kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkili və keçirilməsi gənc nəslin fiziki və mənəvi inkişafında son dərəcə böyük rol oynayır. Digər tərəfdən sağlamlıq imkanları məhdud olan insanların və əlillərin bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb edilmələri, beynəlxalq yarışlarda, Paralimpiya oyunlarında uğur qazanan və yüksək nailiyyətlər əldə edən idmançıların hazırlanması üzrə fəaliyyətin genişləndirilməsi, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, xüsusən Olimpiya və Paralimpiya oyunlarında qazandıqları uğurlar, dövlətin bədən tərbiyəsi və idmanın inkişafı sahəsindəki apardığı siyasət və göstərdiyi dəstək bu sahənin inkişafı üçün geniş imkanlar yaradıb.
Bu gün respublikamız hər sahədə ildən-ilə inkişaf edir, maddi-texniki bazası möhkəmlənir, ildən-ilə ölkədə keçirilən beynəlxalq tədbirlərin, yarışların sayı artır. Təbii ki, əldə edilən uğurlar idmanın inkişafına müsbət təsir edir, Azərbaycanın dünyada bir idman ölkəsi kimi tanınmasında böyük rol oynaır. Ölkəmizdə müntəzəm olaraq beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük inkişaf var
Artıq bütün dünya Azərbaycanı idman ölkəsi kimi tanıyır. Ötən illər ərzində bu sahədə çox ciddi nailiyyətlər əldə olunub. Başa vurduğumuz 2022-ci ildə də idman sahəsində əhəmiyyətli nəticələr əldə olunub. Prezident İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə qazanılan nəticələri müsbət qiymətləndirib”.
Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra ölkə idmanının inkişafında sıçrayış baş verdi. Ötən illər ərzində ölkədə güclü idman infrastrukturu da yaradılıb. Respublikamızda idman infrastrukturunun yaradılmasında ən yüksək standartlar tətbiq edilir. İndiyədək istifadəyə verilən idman obyektlərində beynəlxalq səviyyəli yarışları keçirmək üçün bütün imkanlar var. Yaradılan güclü idman infrastrukturunun sosial əhəmiyyəti də kifayət qədər genişdir. Ölkədə idman-olimpiya komplekslərinin və qurğularının tikintisi və onların ətrafında yaradılan infrastruktur sosial məsələlərin həllinə də kömək edir. Paytaxtda və bölgələrdə ən yüksək dünya standartları səviyyəsində inşa edilən idman obyektləri bir tərəfdən gənclərin asudə vaxt keçirmələri, mənəvi cəhətdən kamilləşmələri, fiziki sağlamlıq göstəricilərini yüksəltmələri üçün əvəzolunmaz məkandır. Sayı getdikcə artan bu obyektlərdə keçirilən mötəbər yarışlarda Azərbaycanın himnini səsləndirən, üçrəngli bayrağını qaldıran idmançılar ordusu yetişir. Digər tərəfdən, idman-olimpiya komplekslərinin və qurğularının tikintisi, onların ətrafında yaradılan infrastruktur artıq böyük təsərrüfat təşkil edir. Bu obyektlərdə çoxlu sayda yeni iş yerləri yaradılıb.
Yaradılan müasir infrastruktur, ölkədəki möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi və xalqın xoş məramı beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Bunun nəticəsidir ki, son illərdə respublikamızda Avropa və Dünya çempionatlarının keçirilməsi ənənə halına çevrilib. 2015-ci ilin yayında Azərbaycan Avropa Oyunlarının keçirilməsində çox yüksək standartlar müəyyənləşdirdi. Respublikamız bütün dünyada məşhur olan və böyük tamaşaçı auditoriyasına malik “Formula-1” yarışlarına uğurla ev sahibliyi edir. 2017-ci ilin birinci yarısında ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirildi. Oyunlara rekord sayda – 54 ölkəni təmsil edən 3 mindən çox idmançı qatılıb.
Son illərdə respublikamız, həmçinin beynəlxalq şahmat olimpiadasına, qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə, gimnastika üzrə beynəlxalq turnirlərə, 41-ci dünya Skaut konfransı və 13-cü dünya Skaut gənclər forumuna və s. ev sahibliyi edib.
İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınmağa başladı. Bütün bunlar Azərbaycanın müasir mənzərəsini canlandırır. Cənab Prezidentin hərtərəfli qayğı və diqqəti sayəsində respublikamız qısa müddətdə yüksək səviyyəli idman ölkəsinə çevrilib ki, bu fakt beynəlxalqü miqyasda etiraf edilir.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir
Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında çox mühüm məsələlərə toxunub. Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub. Bu mənada bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr icra edilib. Eyni zamanda Azərbaycanın dinamik inkişafı təmin olunub.
İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. Ölkəmizi təmsil edən idmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb. Onlardan 300-ə yaxını qızıl medaldır. Sözsüz ki, hazırda dünyada idman sahəsində rəqabət artır. Artıq yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələr göstərmək, idman sahəsində öz gücünü təsdiqləmək asan olmur. Amma bütün bunların fonunda dünya, Avropa çempionatlarında Azərbaycan idmançıları ölkəmizi ləyaqətlə təmsil edib. Təbii ki, beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci yerə yüksəlmişdi. Bu, tarixi qələbə idi. Türkiyənin Konya şəhərində 56 ölkə arasında keçirilən yarışlarda da ölkə idmançıları 99 medalla 4-cü yerə layiq görüldü”.
Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişsə də idman sahəsində uğurlarımız sabit qalır. Çünki nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Sözsüz ki, Azərbaycanda yetişən gənc idmançılar hər zaman olduğu kimi bundan sonra da ölkəmizin idman şöhrətini yüksəklərdə saxlayacaqlar. Bu zərurətdən də gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Bu sahədə artqı daha məqsədyönlü fəaliyyət mövcuddur. Xüsusilə seleksiya işləri gedir. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq. Məhz bu məqsədlərə xidmət edərək son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilib. Bu siyasət həm idman uğurlarını şərtləndirir, eyni zamanda, gənclər, yeniyetmələr, uşaq yaşlarından idmana cəlb edilir ki, bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Təbii ki, idman həm fiziki gücdür. Fiziki cəhətdən güclü insan mənəvi cəhətdən də sağlam olur. Ona görə də, idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnəkdir. Eyni zamanda idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparır və idman arenalarında qazanılmış uğurları adi həyatda təsdiqləyirlər.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
İdmanın kütləviliyinə nail olmaq üçün bölgələrdə təbliğatin daha geniş vüsət almasına ehtiyac var
Ölkəmizdə idmana, idmançılara diqqət hər zaman yükəsk səviyyədədir. Bu diqqət və qayğı olan yerdə isə nəticələr də mütləq olacaq. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmlidir. Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Azərbaycanın bölgələrində 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib gənclərin, idmançıların istifadəsinə verilib. Bu proses indi də davam etdirilir. Bununla yanaşı Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunur ki, bu da idmana sağlam həyat tərzinə olan marağaın daha da artmasına yol açır. Ona görə də, 2023-cü il ölkəmiz üçün bir çox parametrlər üzrə həlledici il olacaq. Bu il ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək. Əvvəllər ölkəmizdə Olimpiya Oyunlarının təsnifat turnirləri keçirilib. Gələcəkdə də bu cür yarışların ölkəmizdə keçirilməsi istisna deyil. Artıq Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsidir. Azərbaycanın idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətlərinin əsas istiqaməti məhz buna yönəlib. Çünki Azərbaycan idamn ölkəsi kimi Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləməlidir.
İdmanın kütləviliyinə nail olmaq üçün bölgələrdə təbliğatin daha geniş vüsət almasına ehtiyac var. Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bu təcrübənin ölkəmizin regionlarında da tətbiqi mümkündür. Artıq azad edilmiş ərazilərdə də ötən il bir neçə beynəlxalq idman yarışı keçirilib. Bunun sözsüz ki, çox böyük tarixi əhəmiyyəti var. Çünki indi azad edilmiş ərazilərdə böyük bir canlanma var, həyat, insanlar o bölgələrimizə qayıdır. Bu mənada azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün azad edilmiş şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq. Burada idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bu sırada Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Eyni zamanda keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Çünki Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdı. Ancaq Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılması ilə bağlı zəruri işlər görülür. Atılan bu addımlar Azərbaycanın dünyada güclü idman dövləti kimi təsdiqləməsini və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyinin ildən-ilə möhkəmlənməsi ilə xarakterizə olunur. Bu siyasət ardıcıl şəkildə aparılır. Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, təhlükəsizlik və bunun fonunda həyata keçirilən genişmiqyaslı quruculuq işləri məhz qarşıya qoyulan hədəflərə hesablanıb. Sözsüz ki, Tarixi Zəfər hər bir azərbaycanlı, vətəndaş, dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Məhz II Qarabağ müharibəsində iştirak edənlərin də mütləq əksəriyyətinin gənclər olması onların vətənpərvərlik hissələrinin yüksək səviyyədə olduğunun bariz nümunəsi idi.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
İdmanla aktiv məşğul olan millət – sağlam bir millətdir
Yanvarın 9-da Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirakı və çıxışı bir daha sübut etdi ki, idman dövlət siyasətinin əsas prioritetlərindən biridir. Belə ki, idman həyat və sağlamlıqdır. Sağlamlıq isə ən böyük nemətlərdən biridir. Hər bir insan onu qorumağı bacarmalı və öz sağlamlığını hifz etməlidir. Sağlamlığı qoruyub saxlamaqda idmanın böyük rolu vardır. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. İdmanla məşğul olmaq tək insanın sağlamlığını möhkəmləndirmir, eyni zamanda, insanda ruh yüksəkliyi yaradır, insanın çevik və dözümlü olmasına səbəb olur. İdman, insanda öz bədənini idarə etmək üçün əzmkarlıq yaradır. İdmanla məşğul olan insanlar daha intizamlı olurlar. Onlar xarici görünüşcə daha yaxşı görünür və özlərini daha yaxşı idarə edirlər. Bundan əlavə idman insanda kollektivlik, dostluq, yoldaşlıq, bir-birinə dayaq olmaq və vətənpərvərlik hisslərini yüksəldir. İdmanla məşğul olan insanlarda adıçəkilən bu hisslər daim yüksək olur. İdman tək fiziki deyil, eyni zamanda, insanın ruhunu da qidalandırır.
İdmanla aktiv məşğul olan millət – sağlam bir millətdir. Bu baxımdan, dövlətimiz idmanın inkişafını xüsusi prioritet sayır və bu istiqamətdə böyük uğurlu layihələr həyata keçirir. Respublikamızda idmanla məşğul olmaq üçün bütün lazımi şərait yaradılıb. Müasir idman avadanlığı ilə təchiz edilən və dünya standartlarına uyğun idman kompleksləri, hər il yeni-yeni stadionlar və üzmə hovuzları açılaraq idmansevərlərin ixtiyarına verilir. Ölkəmizin idmançıları müxtəlif beynəlxalq idman yarışlarında, çempionatlarında və Olimpiya oyunlarında iştirak edirlər.
Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanıb, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Çempionatlarda idmançılarımız ölkəmizi ləyaqətlə təmsil ediblər.
Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olub. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülüblər. Prezident İlham Əliyevin çıxışında da qeyd olunduğu kimi “İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Azərbaycandakı kimi bəzi ölkələrdə bu, prioritet sayılır. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Ölkəmizdə idmanın təbliği, bu sahəyə olan maraq ildən-ilə yüksəlir
Xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gətirilən Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, idmanın da inkişaf strategiyasını müəyyənləşdirdi. Bu istiqamətdə Azərbaycanda kompleks tədbirlər həyata keçirildi və qısa müddətdə böyük nailiyyətlərin əsası qoyuldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın kütləviliyi daha da təmin olundu, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə etdi, dünyaşöhrətli yeni-yeni idmançılar yetişdi. Əsasən İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra bu hal ölkəmizdə geniş vüsət aldı, olimpiya hərəkatı, idman yüksələn xətlə dönməz inkişaf yolu tutdu. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə, dünyanın aparıcı ölkələrindən biri hesab olunur. İdmançılarımız istər yerli, istər regional, istərsə də beynəlxalq yarışlarda böyük nailiyyətlərə imza atır, ölkəmizi ləyaqətlə təmsil edərək üçrəngli bayrağımızı ucaldırlar.
Ölkəmiz beynəlxalq idman yarışlarını etibarlı şəkildə təşkil edən ölkə statusunu qazanıb. Formula 1 yarışları, I Avropa və IV İslam Həmrəyliyi oyunları, 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsi, həmçinin futbol üzrə Avropa çempionatının 3 qrup oyunu və 1 dörddəbir final mərhələsi ölkəmizdə möhtəşəm, nümunəvi şəkildə və peşəkar səviyyədə təşkil edildi. Bu, beynəlxalq ictimaiyyət və dünyanın aparıcı idman təşkilatları tərəfindən təqdir olundu. Bütün bunların təməlində Prezident İlham Əliyevin uğurlu idman siyasəti dayanır.
İdman sahəsində böyük uğurlar qazanmış, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmiş idmançılarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunur. Onlar ölkə ictimaiyyətinə təntənəli şəkildə təqdim edilir, nailiyyətləri yüksək qiymətləndirilir. Bu il yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Tədbirdə iştirak edən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırdı. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Əvvəlki illərdə olduğu kimi, 2022-ci il də ölkəmizin idman həyatında uğurlu il oldu. İl ərzində idmançılarımız Avropa və dünya çempionatlarında, kubok yarışlarında və digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 837 medal qazandılar. Onlardan da 356-sı Olimpiya, 384-ü qeyri-Olimpiya, 97-si isə paralimpiya proqramına aiddir. Bu, kifayət qədər böyük nailiyyətdir və onu göstərir ki, ölkəmizin idman siyasəti uğurlu nəticələrini verməkdədir.
Ölkəmizdə idmanın təbliği, bu sahəyə olan maraq ildən-ilə yüksəlir. Gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Hazırda elə bir bölgəmiz yoxdur ki, orada olimpiya idman kompleksi olmasın. İşğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda da idman qurğularının yaradılması nəzərdə tutulub. İnanırıq ki, sakinlər öz doğma yurdlarına qayıtdıqdan sonra həmin bölgəmizdə də idmanın inkişafı təmin ediləcək, orada beynəlxalq yarışlar keçiriləcək. Bu da idmanla yanaşı, ölkə turizminin uğurlu gələcəyinə, mədəniyyətimizin təbliğinə və inkişafına mühüm töhfələr verəcək.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır
2022-ci il arxada qalsa da ayrı-ayrı sahələrdə görülən işlərin yekunu əsasında cari il üçün hədəflər müəyyənləşdirilir, onların icra mexanizmləri üzərində iş aparılır. Dövlətimizin başçısı İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ümumilikdə 2022-ci ilin uğurları fonunda 2023-cü ildə qarşıda duran vəzifələri açıqladı. Yanvarın 9-da isə ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev “Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu” söyləyərək bu fikri də böyük inamla vurğuladı ki, idman da həyatımızın tərkib hissəsi olduğu üçün ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Həm idmançılarımızın qələbələri, həm də ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışlar Azərbaycanın idman ölkəsi olduğunu təsdiqlədi.
Kompleks tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük əsaslar yaradır. Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunədir. Təbii ki, buna əsas yaradan ölkəmizin iqtisadi tərəqqisidir. İqtisadi amil bütün sahələrdə təkmil addımların atılmasına stimul verir. Bu baxımdan ölkəmizdə idmanın inkişafına yönələn addımların davamlılığı diqqəti xüsusi cəlb edir. Nəzərə alsaq ki, idman da bir siyasətdir, istər ölkəmizin ev sahibliyi etdiyi idman tədbirləri, istərsə də bu və ya digər ölkələrdə keçirilən yarışlarda idmançılarımızın qələbələri Azərbaycanın təqdimatında əhəmiyyətli rol oynayır.
Ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində paytaxtda və bölgələrdə Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib, gənclərin bu sahəyə marağının artırılması üçün təbliğat işləri günün tələbləri səviyyəsində qurulur. Bunu əsaslandırmaq üçün statistik rəqəmlərə diqqət yetirmək kifayətdir. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb. Bu proses davam etdirilir. Paytaxt Bakı ən mötəbər idman yarışlarına ev sahibliyi edib. Artıq növbəti Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsidir. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə etdi ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq. Bütün idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsinin, federasiyaların, klubların, idman cəmiyyətlərinin birgə səyləri nəticəsində Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü və qüdrətini təsdiqləyəcək. O da məlumdur ki, son vaxtlar Bakı şəhərinin parklarının bəzilərində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb, trenajorlar quraşdırılıb. Bu təcrübənin bütün bölgələrdə tətbiqi prioritet istiqamətlərdəndir. Bu addım, idmanın kütləviliyinin təmin edilməsinə yönələn addımlar sırasındadır.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib
İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar ki, onlardan 300-ə yaxını qızıl medaldır. Təbii ki, bu, adi bir statistika deyil. Bu, həm idmançılarımızın malik olduqları potensialın, gücün, həm ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin, həm də Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə təqdimatıdır. Hər bir qələbə Azərbaycanın beynəlxalq arenada Dövlət Himninin səsləndirilməsi, qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması ilə müşayiət olunur. Bu, güclü, qüdrətli, eyni zamanda, son iki ildə böyük qürur hissi ilə qeyd etdiyimiz qalib Azərbaycanın dünya birliyində yerinə və roluna, mövqeyinin möhkəmlənməsinə öz müsbət təsirini göstərən tarixi hadisələrdir. Bu inam hər zaman qürurla vurğulanır ki, Azərbaycan gəncləri 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında necə böyük Qələbəyə imza atdılarsa, bu Zəfəri idman yarışlarında da ifadə edir və bunu gələcək fəaliyyətləri üçün böyük stimul kimi qəbul edirlər.
Tarixi Zəfərimiz bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Şanlı Qələbəmiz gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində öz sözünü deyəcək. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu fikirlərin davamı olaraq isə dövlət başçısı bildirir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan gənclərimizin Vətən, torpaq sevgisi beynəlxalq səviyyədə Qələbəmizi şərtləndirən amillər sırasında xüsusi qeyd edilir. Dövlət başçısı İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunan mərasimdə bu çağırışı etdi ki, hər birimiz öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq: “Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”.
Məlumdur ki, işğaldan azad edilmiş şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz Baş plan əsasında bərpa edilir. Baş planda görülməsi nəzərdə tutulan bütün işlər öz əksini tapıb. Dövlətimizin başçısı İlham Əliyev Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsinin işlənildiyini, onun yanında böyük Olimpiya İdman Kompleksinin yaradılacağını bildirdi. Ötən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Azad edilmiş ərazilərimizdə ötən il bir neçə beynəlxalq idman yarışları keçirildi. Şuşada beynəlxalq şahmat, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirildi. Bu kimi tədbirlərin rəmzi mənası vardır. Keçirilən hər bir tədbir özündə bir çox çağırışları ehtiva edir.
2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları, eyni zamanda, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunları buna bariz nümunədir. Artıq nəinki paytaxt Bakı, işğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir sözlə, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin beynəlxalq arenada mövqeyi ildən-ilə möhkəmlənir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Ötən il idmançıların əldə etdiyi qələbələr, ölkədə təşkil olunan beynəlxalq yarışlar Azərbaycanın dünyadakı idman ölkəsi kimi imicini daha da yüksəltdi
Vətən müharibəsindəki tarixi Qələbəmiz Azərbaycan gənclərinin həm fiziki, həm də mənəvi gücünü göstərdi. 2020-ci il Zəfəri idmançılarımıza əlavə mənəvi ruh verdi, ötən dövrdə ard-arda qazanılan qələbələr ölkəmizin idman həyatını daha da canlandırdı.
Əldə olunan parlaq nəticələr onu göstərir ki, 2022-ci il Azərbaycan üçün bir çox sahələrdə olduğu kimi idman sahəsində də uğurlu il oldu.
Ötən il idmançıların əldə etdiyi qələbələr, ölkədə təşkil olunan beynəlxalq yarışlar Azərbaycanın dünyadakı idman ölkəsi kimi imicini daha da yüksəltdi. Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdə çıxışı da Azərbaycanda idmançılara olan diqqət və qayğının növbəti göstəricisidir.
2022-ci ildə idmançılarımızın beynəlxalq yarışlarda 800-dən çox medal qazanması ölkəmizin dünyadakı rəqabət şəraitində öz gücünü təsdiqlədiyini göstərir. Vətən müharibəsində qazanılan qələbə hər bir vətəndaşımız kimi idmançılarımızda da özünə inam hissini daha da artırdı.
Azərbaycanda idmanın inkişafı sistemli xarakter daşıyır, bu sahəyə hər zaman dövlətin xüsusi dəstəyi və qayğısı mövcuddur. Azərbaycanın dünyada idman ölkələrindən biri kimi tanınması da təsadüfi deyil.
“Gənc idmançıların hazırlanması istiqamətində vacib işlər görülür və bu proses davam etdirilməlidir. Xüsusən bölgələrimizdə idmanın inkişafı üçün lazımi işlər aparılır, 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb, vacib olan infrastruktur qurulub və bu infrastruktur daha da təkmilləşdirilir.
Son illər ərzində bütün ölkə üzrə keçirilən idman yarışları uşaqların, gənclərin idmana həvəsinin artması, cəlb olunması istiqamətində olduqca vacibdi.
Azad olunmuş ərazilərimizə insanlar qayıdır, həyat qayıdır, eləcə də idman qayıdır. Təəssüf ki, digər tarixi, mədəni, sosial obyektlər kimi azad edilmiş şəhərlərimizdə idman qurğuları, idman kompleksləri də ermənilər tərəfindən dağıdılıb, talan edilib. Bütün şəhərlərin Baş planları təsdiq edilib və bərpa-quruculuq işləri məhz Baş planlar əsasında aparılacaq. Burada idman obyektlərinin yaradılması azad olunmuş ərazilərin hərtərəfli istiqamətində atılmış çox vacib addımdır və gələcək nəsillərin fiziki sağlamlığının qorunması, eləcə də gənc idmançıların yetişməsi baxımından böyük töhfədir. Azərbaycan özünü dünyada güclü idman ölkəsi kimi təsdiqləyib və görülən işlər nəticəsində bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi daha da güclənəcəkdir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Azərbaycanda idman sahəsi ilə bağlı olan bütün strukturlar öz səylərini artırıblar
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 19 ildə çoxsaylı uğurlara və əlçatmaz hesab olunan böyük nailiyyətlərə imza atmışdır. Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında çox mühüm məsələlərə toxunub. Sözsüz ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi ötən il idman sahəsində də uğurlu olub. İdman sahəsində də qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunub. Bu eyni zamanda Azərbaycanın dinamik inkişafı ilə xarakterizə olunan bir haldır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edərək, öz çıxışında idmançılarımıza xüsusi ruh yüksəkliyi verən fikirlər səsləndirməsi ümumilikdə gənclər və idman sahəsində çalışan hər kəsə güclü stimul vermişdir. Məlumdur ki, Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək olar. Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur.İdman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi etmişdir.Bu gün paytaxtla yanaşı bölgələrimizdə də idmana, idman yarışlarına böyük maraq var. Atılan ardıcıl addımlar bölgələrimizdə də gənclərin, uşaqların, yeniyetmələrin idmana cəlb edilməsini təşviq edəcəkdir. Fiziki cəhətdən sağlam nəslin formalaşması qarşıda duran mühüm vəzifələrdən biridir. Ölkəmizdə idmana, idmançılara olan diqqət və qayğı bu sahənin inkişafını təmin edir. Bu da öz növbəsində ölkəmizdə ən müasir standartlara cavab verən idman komplekslərinin və mərkəzlərinin tikilib istifadəyə verilməsi ilə xarakterizə olunur. Artıq Azərbaycanın bölgələrində 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib gənclərin, idmançıların istifadəsinə verilib. Bu proses təbii ki, davam edir. 2022-ci ildə də idmançılarımız qarşılarına qoyulmuş məqsədə çatmış, 300 dəfəyə yaxın ölkəmizin himninin dünyanın ayrı-ayrı arenalarında səsləndirilməsinə nail olmuşlar. İdmançılarımız qatıldığı beynəlxalq yarışlardan 800-dən çox medal əldə edib. Bu medalların 300-ə yaxını qızıldır. Nəzərə almaq lazımdır ki, yeni idmançıların hazırlanması üçün məqsədyönlü iş aparılmalıdır. Bu işi isə ölkəmizdəki təcrübəli məşqiçilər korpusu uğurla icra edirlər. Ölkəmizdə idmanın inkişaf tempini müxtəlif kriteriyalarla təhlil etmək olar. Lakin bunun üçün əyani misal Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı çıxışlarının yüksəliş tempidir. Nəzərə almalıyıq ki, Olimpiya Oyunlarında davamlı olaraq nailiyyətləri yüksəltmək o qədər də asan deyildir. Müxtəlif idman sahələrində böyük nailiyyətlər qazanmış idmançılarımızın uğurları bütün gənc idmançılar üçün bir örnəkdir. Ölkə idman ictimaiyyətinin əsas hədəfi isə Yay Olimpiya Oyunlarıdır. Bununla bağlı Azərbaycanda idman sahəsi ilə bağlı olan bütün strukturlar öz səylərini artırıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman deyir ki, bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləməyi bacarırlar. Təbii ki, xüsusi olaraq qeyd etməliyik ki, ölkə Prezidenti və dövlət tərəfindən idmana, idmançılara diqqət, qayğı, hörmət olan yerdə, nəticələr də olacaqdır. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Şərh yazılmayıb.