Huquqaz.com

Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq

06.05.2022
2.226
Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq

Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq

Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Daha bir gözəl xəbər də bBu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək! Dövlət başçısı növbəti hava limanının tikintisini “izafi xərc” hesab edən bizimkilərin də nəzərinə çatdırdı ki, bu hava limanının çox böyük funksiyaları olacaq. Cənab prezidentimiz bildirib ki: “Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək”. Üstəlik, dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur.

İki dövlətlə həmsərhəd olan Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti də danılmazdır. Cənab Prezidentin qeyd etdiyi kimi, Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq. Daha bir hədəfimiz var: Zəngəzur və bu yolda Zəngilanın önəmi böyükdür. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Zəngilandakı hava limanının önəmi misilsiz olacaq. Belə ki, Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq. Zəngəzur dəhlizi yeni nəqliyyat dəhlizi açılacaq. Son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq. Təqribən 10-15 il ərzində nəqliyyat sektorunun inkişafına böyük əhəmiyyət verilib. Bu gün Azərbaycan istənilən yükü qəbul və onu tranzit kimi ötürə bilir və Azərbaycanın imkanları daha da artacaq.

Nağıyev Abbas –Zərdab rayonu, Dəli Quşçu kənd sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.