Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin əsas amillərindən olan müstəqilliyin gücləndirilməsi – dövlət siyasətinin ideoloji təməlidir
Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin əsas amillərindən olan müstəqilliyin gücləndirilməsi – dövlət siyasətinin ideoloji təməlidir
Azərbaycan dövləti öz siyasətində hər zaman sabitlik, təhlükəsizlik, əməkdaşlıq, qonşuluq məsələlərini diqqətdə saxlamışdır. Həyata keçirilən nəhəng enerji layihələrindən, eləcə də digər layihələrdən region dövlətlərinin səmərəli bəhrələnməsi üçün heç bir maneə yaratmamışdır. Siyasi və iqtisadi dialoq davam etməlidir. Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli dialoq formatında rəsmi təmas olmayıb. Hazırkı regional konfiqurasiya Azərbaycanı qane edir. Ölkəmizin bütün qonşularla yaxşı münasibətləri var – təkcə Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və İranla da.
Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər.
Hazırda Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi irimiqyaslı layihələri bütün dünya, o cümlədən Ermənistan da görür. Bu layihələrin əksəriyyəti regional və beynəlxalq xarakterlidir. Füzuli Beynəlxalq Hava Limanının cəmi 8 aya istifadəyə verilməsi heyrət doğurur. Çəkilən strateji əhəmiyyətli yollar, dəmir yolları regionun gələcək inkişafından xəbər verir. Enerji təhlükəsizliyinin təminatı, bərpaolunan enerji ehtiyatlarından istifadə, yaşıl enerji layihələrinin icrası dövlətimizin diqqət mərkəzindədir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və həmçinin digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin əsas amillərindən olan müstəqilliyin gücləndirilməsi – dövlət siyasətinin ideoloji təməlidir. Dövlət başçımız işğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünməmişdir. Azərbaycan müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub. Ölkəmiz tam olaraq müstəqil oldu, müstəqil siyasət aparmaq imkanını əldə etdi və Qarabağı geri qaytardı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalq-ordu-dövlət birliyinini yaratdı və bu birlik sayəsində ölkəmiz qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Qarabağ Azərbaycandır!
Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru
Şərh yazılmayıb.