Huquqaz.com

Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub

05.05.2022
1.864
Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub

Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub

 

Ali Baş Komandanı İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi ordu quruculuğu prosesi xalqımızın zəngin və şərəfli ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində müasir inkişaf səviyyəsinə gəlib çatdı. Bu gün xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılmışdır. Ölkə rəhbərliyinin bu sahəyə olan yüksək diqqət və qayğısının nəticəsidir ki, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar bu gün Azərbaycan Ordusunun dünyanın güclü orduları sırasında olduğunu təsdiqləyirlər.

İkinci Qarabağ müharibəsindən sonra bütün dünya yeni Azərbaycanı kəşf etdi. Məlum oldu ki, onun yaxşı təlim keçmiş, müasir silah növləri ilə silahlanmış və ən əsası onlardan istifadə qaydalarını bilən ordusu var. Ekspertlərin sözlərinə görə, indi Azərbaycan ordusu istənilən kənar təhlükələrə hazırdır və təcavüzkarlara layiqli cavab vermək gücündədir. 44 günlük müharibə nəinki Azərbaycan Silahlı Qüvvələrinin möhkəmliyini, ilk növbədə, bu müharibə, əslində, vətənpərvər və azadlıqsevər əsgərlərin ruhunun gücünü göstərdi. Bu, böyük bir motivasiya idi. Razılaşaq ki, yaxşı təlim və silahlanma olsa da, motivasiya olmasa, müharibəni udmaq mümkün deyil. Müharibədə qalib gəlmək müharibə üsullarını daha da təkmilləşdirmək üçün böyük bir stimuldur. Bununla yanaşı, qeyd edək ki, Azərbaycan Ordusu pilotsuz uçan aparatlardan indiyədək dünyada heç kimin nümayiş etdirmədiyi səviyyədə istifadə etmək bacarığını nümayiş etdirdi. Bununla da bir çox ölkələrin ordularının döyüş əməliyyatları strategiyasında dəyişiklik etdi. Mütəxəssislər bildirirlər ki, hazırda Cənubi Qafqazda Azərbaycanın Ordusu, həqiqətən də, ən güclüdür.

 

Vüsalə Kərimova –Zərdab şəhər 1 saylı məktəb liseyindirektoru 

Şərhlər

Şərh yazılmayıb.