Huquqaz.com

Karlo Ançelotti karyerasını bitirəcəyi vaxtı açıqlayıb

03.05.2022
1.180
Karlo Ançelotti karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Karlo Ançelotti futbol karyerasına “Real”da son qoyacaq.

Hüquqaz.com  xəbər verir ki, bunu italiyalı mütəxəssisin özü açıqlayıb.
O bildirib ki, “Real”dan sonra təqaüdə çıxmaq barədə düşünür: “Yəqin ki, “Real”dan sonra təqaüdə çıxacam. Klub mənim 10 il burada işləməyimi istəsə, daha 9 il də qalaram. Amma sonra nəvələrimlə vaxt keçirmək, həyat yoldaşımla məzuniyyətə getmək istəyirəm. Belə peşəni seçəndə digər məsələləri sonraya təxirə salmalı olursan. Heç vaxt Avstraliyada olmamışam, Rio-de-Janeyronu gəzməmişəm. Bacıma daha çox baş çəkmək istəyirəm. Təəssüf ki, indi bunu edə bilmirəm. Ona görə də təqaüdə çıxacağım vaxta təxirə saldığım işlərim var”.

Qeyd edək ki, 2013-15-ci illərdə də “Real”a rəhbərlik edən Ançelotti 2021-ci ilin yayında Madrid klubuna qayıdıb.

Şərhlər

Şərh yazılmayıb.