Nazarov Almaniyada növbəti qolunu vurdu
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın “Ertsgebirge” klubunda növbəti qolunu vurub.
Hüquqaz.com xəbər verir ki, 32 yaşlı hücumçu evdə “Hanza” ilə 2:2 hesablı heç-heçə etdikləri II Bundesliqanın 31-ci tur matçında fərqlənib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə rəqib qapısına yol tapan təcrübəli forvard görüşdəki 3-cü qolun müəllifi olub.
Bu nəticədən sonra xallarını 23-ə çatdıran Aue təmsilçisi 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. “Hanza” isə 39 xalla 12-cidir.
Qeyd edək ki, “Ertsgebirge” növbəti turda da xal itirsə, II Bundesliqa ilə vidalaşa bilər.
Şərh yazılmayıb.