Huquqaz.com

Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? – FOTO

18.12.2024
3.278
Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir? – FOTO

DogruXeber.az: – Son günlər Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov barəsində yayımlanan məlumatlar onun trol ordusunu hərəkətə keçirib.

Sosial şəbəkələrdə paylaşılan məlumatların şərh bölməsində, “Elşən müəllim yaxşı insandır”, “Qonşumdur, gözəl insandır”, “Bakılıya bakılı rəhbərlik etməlidir” və sair kimi cahilcə cümlələr quraraq, az qala gerçəkləri yazan jurnalisti “xalq düşməni” elan etməyə çalışırlar.

Amma, müdriklər nə deyib? – Haqq nəzilər, üzülməz.

DogruXeber.az” qeyd edir ki, icra başçısının şəhid ailələri və qazilərə güya qayğı göstərdiyi və kimlərinsə ona qarşı qəsdən “qarayaxma kompaniyası” apardıqları barədə “Trol komandası”nın qurduğu gülünc cümlələrə cavab olaraq, icra hakimiyyətinin süründürməçiliyə məruz qoyduğu müharibə veteranının redaksiyamıza müraciəti və hazırkı durumunu növbəti yazıda təqdim edəcəyik. Bu dəfə isə qanunsuz tikintilər və yerli sakinlərə qəsdən yaşadılan problemlərdən danışırıq.

Yuxarıda qeyd etdiyimiz həmin paylaşımların şərh bölməsində bir neçə şəxslər Buzovna qəsəbəsinin küçələrindən, yağışdan sonrakı vəziyyətindən və bu qədər problemin mövcud olduğu bir vaxtda həmin ərazilərdə günbəgün artan qanunsuz tikintilərdən bəhs edərək, icra başçısını “qanunsuz torpaq və ev satan makler” adlandırıblar. Türkan adlı “TikTok” istifadəçisi isə icra hakimiyyətinin ondan və onun kimi bir çox insanlardan pul alaraq, tikinti aparmasına icazə verdiyini, bir müddət sonra isə “qanunsuz tikili” olduğu üçün elə icra hakimiyyəti tərəfindən söküldüyünü və hazırda evsiz qaldıqlarını yazıb.

Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir?  - FOTO

Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir?  - FOTO

Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir?  - FOTO

Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir?  - FOTO

Elşən Salahov vəzifəsini görəv deyil, fürsət hesab edir?  - FOTO

Yeri gəlmişkən, sosial mediada yayımlanan məlumatlarda Xəzər rayonu ərazisində qanunsuz torpaq satışı və tikintilərə qeyri-rəsmi nəzarətin Salahovun Arif və Yaşar adlı yaxınlarının əlində olduğu deyilir. Həmçinin, bildirilir ki, “Elşən Salahov Samir adlı yaxın adamı vasitəsilə Xəzərdə torpaq biznesi qurub. Bu azmış kimi qanunsuz tələblərə qarşı səsin çıxaranlara isə amansızlıq nümayiş etdirilir. Belə ki, tələb edilən “şirinlik” verilmədikdə sahibkar iaşə obyektinin belə sökülməsi ilə üzləşir. Digər məlumatlarda isə piyadalara qanunla verilmiş hüquqi yolun arzu olunmaz şəkildə zəbt edilməsinin məhs elə həmin “şirinlik” naminə olduğu vurğulanır. Kim “ağanı vaxtında görməyi bacarırsa demək onun işi yağ kimi gedəcək” misalı…”

Nə yazıq ki,” Salahovun saxtakar əməlləri” sözlərinin keçdiyi cümlələr bununla da kifayətlənmir. İdarəçiliyin bütün imkanlarından məharətlə istifadə etməyi bacaran gənc başçının sonuncu parlament seçkilərində rayonun dövlət işində çalışan bütün sakinlərini məcburi olaraq 13 saylı Xəzər ikinci seçki dairəsindən bitərəf namizəd Gülşən Paşayeva ilə görüşməyə və ona səs verməyə göndərtdirdiyi barəsində xəbərlər də yerli saytlarda yer alır.

Hətta, yaxın günlərdə “cümhuriyyət” saytında belə bir məlumat yayımlandı ki, “Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov həbsin bir addımlığındadır.”. Səbəb olaraq isə Xəzər rayonunun ən böyük qəsəbəsi sayılan Binədə son 4-5 ildə həyata keçirilən çoxsaylı qanunsuz tikililərin olduğu qeyd edilib.

Bildirilir ki, “müxtəlif məmurlara, iş adamlarına məxsus olan qanunsuz villalar o qədər genişlənib ki, artıq strateji obyekt olan hava limanı ərazisinə qədər “gəlib çıxıb”. İcra başçısının öz tamahı ucbatından dövlətin strateji obyekti üçün təhlükə yaratması, ali hakimiyyətin qəzəbinə səbəb olub. Məhz bundan sonra Xəzər rayonunda təftiş kompaniyasına start verilib. Aparılan ilkin araşdırmalar nəticəsində hava limanına yaxın ərazilərdə 60-a yaxın qanunsuz villa aşkar edilib. Məlum olub ki, bu villaların heç birinin tikintisi üçn rəsmi icazəsi olmayıb və bunların hamısı Elşən Salahovun “xeyir-duası” ilə inşa edilib.”

İzləyiciləri bilmirik, amma biz bu məlumatları oxuyanda nə bu qədər qanunsuz işlərə təəccüblənmədik, nə də Salahovun həbs olunacağı barədə ehtimalı qətiyyən ciddi qəbul etmədik. Bir sözlə, inanmadıq.

Çünki, Elşən Salahovun yaxın keçmişində – yəni hələ müavin olduğu dövrdə Xəzər rayon icra hakimiyyətində əməliyyat aparıldığı, qurumun təsərrüfat şöbəsinin o, zamankı müdiri Tural Zeynalovun cinayət başında yaxalandığı barədə məlumatlar yayıldı. Lakin, sonradan 200 manat cərimə müqabilində Tural Zeynalov azadlığa buraxıldı. Mediada gedən məlumatlarda iddia edilirdi ki, Tural Zeynalovun azadlığa çıxmasında Elşən Salahovun böyük rolu olub.

Hələ müavin olduğu halda təsərrüfat müdirini “sudan quru çıxardığı” deyilən Elşən Salahovun indi səlahiyyətləri daha da artıb – o, artıq bir rayonun rəhbəridir, ikincisi də ki, “başqasına əriştə kəsdiyi halda, özünə umac ova bilməyəcəkmi sanırsınız?”.

Qeyd edək ki, “DogruXeber.az” informasiya portalında yayımlanan ötən yazımızda Xəzər rayonu ərazisində aparılan qanunsuz tikintilərin görüntülərini təqdim edəcəyimizi vurğulamışdıq.

Adında boğulan Xəzərin bitməyən problemləri…. – VİDEO

Bildiririk ki, həmin tikintilər barəsində aidiyyatı qurumlara göndərilməsi üçün tərəfimizdən rəsmi sorğular hazırlanır. Rəsmi qurumlara məlumat verdikdən sonra görüntüləri izləyicilərimizlə də paylaşacağıq.

Qeyd: Yazıda qeyd edilənlərlə bağlı icra hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.