Huquqaz.com

COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq

14.11.2024
2.114
COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq

COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq.

Ölkəmizdə  davamlı olaraq möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz nümunəsidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. Liderlər Sammitinin açılış mərasimində çıxış edən cənab Prezident onu da deyib ki, “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə biz iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edirik. Multikulturalizm bizim dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır”. Bununla da cənab Prezident Azərbaycanın qələbə tarixinə, ərazi bütövlüyünə də diqqət çəkib, hədəflərimizi bir daha dünya ictimaiyyətinə bəyan edib. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq. Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun. Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Beləliklə, biz məhsuldar çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq.

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova

 

 

Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.

Azərbaycan son 21 ildə sürətlə inkişaf edən dövlət kimi nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi ən etibarlı məkandır. Ölkəmiz həm də beynəlxalq aləmdə sabitlik məkanı imici qazanıb. Məhz bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərimiz də tədricən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb. Bu gün Bakı dünyanın mərkəzinə çevrilib. Xatırladım ki, dünyanın təqribən 200 ölkəsinin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı ölkəmizə olan inam və etimadın bariz nümunəsidir, həmçinin dövlətimizin başçısının həyata keçirdiyi xarici siyasətə hörmət və dəstəyin parlaq sübutudur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. Bu konvensiyaya qoşulan ölkələr ildə bir dəfə dünyada iqlim dəyişikliyi ilə mübarizə üçün çoxtərəfli fəaliyyəti müzakirə etməkdən ötrü bir araya gəlirlər.

Azərbaycan artan iqtisadiyyat, sosial inkişaf və innovasiyalar daxil olmaqla sosial-iqtisadi inkişafa baxışı müəyyən edərkən, ekoloji dayanıqlığa və “yaşıl artım”a diqqət prioritetlərdən biri kimi qəbul edilir.

Bu gün Azərbaycan rəqabətədavamlı iqtisadiyyatı, sosial ədaləti və innovasiyaları əhatə edən, milli maraqlara xidmət edən yeni strategiya formalaşdırmışdır. Bu prioritetlər arasında təmiz ətraf mühitə nail olmaq və “yaşıl inkişafın” təşviq edilməsi diqqət mərkəzindədir. Milli ekoloji siyasətlərin ən yaxşı beynəlxalq təcrübələrlə uzlaşdırılması bu işdə mühüm əhəmiyyət kəsb edir.

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitində Prezident cənab İlham Əliyevin çıxışı və bu tarixi nitqdən sonra ayrı-ayrı dünya liderlərinin mövzuya və qarşıda qoyulan hədəflərə aşkar formada müsbət mənada dəyişən mövqeyi COP29-un bəşəriyyətin əsas problemlərindən olan iqlim dəyişiklikləri ilə mübarizədə məqsədlərinə ən çox yaxınlaşan müvafiq toplantı kimi tarixə düşəcəyini demək üçün ciddi əsaslar yaradır. Heç şübhəsiz ki, bu cür uğurlu başlanğıc və müzakirələrin ümumbəşəri əhəmiyyətinin əvvəlki dövrlərdən daha çox özünü büruzə verməsi yüksəksəviyyəli təşkilatçılığın, daha dəqiq desək, Azərbaycanın ev sahibliyinin həlledici təsirini özündə ehtiva edir və bu mənada, COP29 bütövlükdə iqlim dəyişmələri ilə mübarizədə böyük uğur hekayəsi sayıla bilər.

Azərbaycanın beynəlxalq əhəmiyyətli belə bir nüfuzlu tədbirə ev sahibliyi etməsi milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsidir. Dövlətimizin başçısı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışında ölkəmizin sürətli inkişafı, qarşıda duran perspektivlər barədə məlumat verdi və COP29-u boykot etmək istəyənlərə də ciddi mesajlar göndərdi.

Azərbaycanın postsovet məkanında ilk dəfə olaraq COP29-a ev sahibliyi etməsi xarici siyasətimizin növbəti qələbəsidir. Bu tədbir, eyni zamanda, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu, gücünü getdikcə artırır. Təəssüf ki, ölkəmizə qarşı qərəzli mövqedə olan, uğurlarımızı həzm edə bilməyən Qərbin qara piar ustaları bu dəfə də məkrli niyyətlərini ortaya qoyaraq COP29-a qarşı boykot kampaniyası həyata keçirməyə başlayıblar. Tədbirin Bakıda yüksək səviyyədə keçirilməsi bədxahların çirkin niyyətlərini ürəklərində qoydu. Onlar eşidəndə ki, Bakıda keçirilən COP29-da 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçı və onların arasında 80 prezident, vitse-prezident və Baş nazir var, yəqin ki, xiffətdən bağırları çatlayacaq. Bəli, bu gün dünya Bakıda toplaşıb.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

Şərhlər

Şərh yazılmayıb.