Huquqaz.com

4 il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı

11.11.2024
2.385
4 il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı

4 il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı

Dörd il əvvəl – 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı. 2023-cü il iyulun 31-də Prezident cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur.

Şuşa döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürdü. Noyabrın 7-də qəhrəman hərbçilərimiz şəhərin qayalıqlarına dırmaşaraq, yüngül silahlarla Şuşaya daxil oldular. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünmüşdülər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılsa da, Azərbaycan hərbçiləri erməni qoşunlarını məhv edərək, düşməni şəhərdən qovdu və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olundu. Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verildi və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirildi. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir. Xalqımız Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

 

Şuşa Zəfərinə gedən yol

İşğal altında olan torpaqlarmızın  azadlığı uğrunda müharibənin  44  günlük bir zaman ölçüsünün başlanğıcı Ümummilli  liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması çağına təsadüf edir. Ümummilli  liderimiz Heydər Əliyevin varisi, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Ulu Öndərmizin bu vədini,bu istəyini cəsarətlə yerinə yetirdi.  2020-ci il sentyabrın 27-də Ermənistanın  bizim yaşayış məntəqələrimizi atəşə tutması Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin xalqa müraciətilə nəticələndi. Müzəffər Ali Baş Komandan Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəşlər və mülki əhali və hərbçilərimiz arasında itkilərimizin olduğunu xalqa xəbər verdi və bu müraciətilə düşmənə qarşı müharibə elan edildiyini bildirdi. Müzəffər Ali Baş Komandan oktyabrın 26-da xalqa  müraciətində belə bir  fikir səsləndirdi: “Əziz  həmvətənlər!  Bir aya yaxındır ki,  ikinci Qarabağ müharibəsi davam edir.  Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Vətən torpaqlarımızı düşməndən azad edirik.  Bu müddət ərzində şanlı Azərbaycan ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir.  Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik.”

Bu müharibə Şuşanın azad edilməsi ilə bitməli idi.  Çünki düşmən elə bilirdi ki,heç bir ordu Şuşanı onlardan azad edə bilməz.  Müzəffər Ali Baş Komandan rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də müqəddəs Şuşamızı düşməndən azad etdildi. Həmin gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyava Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında olub,  və elə oradan da  xalqımıza müraciətlə çıxış etdi.  “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.  Böyük fəxarət və qürur hissilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi!  Şuşa bizimdir!  Qarabağ bizimdir!  Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!  İyirmi səkkiz il işğal altında olan Şuşa azad edildi…  2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.   Bu tarix əbədi yaşayacaq.   Bu,bizim Şanlı Qələbəmizin,  zəfərimizin günüdür!”. 2020-ci il noyabrın 10-da Prezident cənab İlham Əliyev və Rusiya prezidenti  Vladimir Putin videokonfrans formatında görüşərək Ermənistanın kapitulyasiya protokolunu imzalamasını təşkil ediblər. Ermənistanın təslimçilik aktını imzalaması Şuşaya gedən yolun zəfərlə bitməsi barədə rəsmi sənəd oldu.  Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir qrupu qayıdıb və bu proses bu gündə davam edir. Son dörd ildə Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar.

 

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

Şərhlər

Şərh yazılmayıb.