Huquqaz.com

Enerji təhlükəsizliyi

02.06.2023
2.628
Enerji təhlükəsizliyi

Enerji təhlükəsizliyi.

Mayın 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılışda iştirak edib. Cənab Prezident çıxışında qeyd edərək bildirmişdir ki “1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı.”

Tədbirdə bir sıra məsələlər müzakirə olunub. Bu məsələlərdən biri də enerji təhlükəsizliyi sahəsində ümumi öhdəliyin nümayiş etdirilməsi ilə bağlı idi. Cənab Prezident İlham Əliyev bu məsələ ilə bağlı çıxışında qeyd edərək bildirmişdir ki, “Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur”.

Eyni zamanda vurğulanıb ki, Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Memorandum uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvüdür. İlham Əliyev çıxışı zamanı demişdir: “2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq. Qaz təchizatımız ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql ediləcək. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr var: “Şahdəniz” və “Abşeron” yataqları. Enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi sahəsində də bizim Avropa İttifaqı ilə dialoqumuz mövcuddur. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq”.

 İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

 Azərbaycan qazına ehtiyac artmaqdadır.

Azərbaycanla Avropa arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələr uzun illərdir davam edir. Avropa ilə əməkdaşlıq, ona inteqrasiya Azərbaycan dövlətinin təməl prinsiplərindəndir. Bu baxımdan, Azərbaycanla Avropa ölkələri arasında iqtisadi, ticari, mədəni, siyasi və sosial əlaqələr davam etməkdədir. Azərbaycan müstəqilliyini bərpa elan etdiyi vaxtdan bəri bir sıra sahələrdə, xüsusilə enerjidaşıyıcları məsələsində müxtəlif ölkələrlə əməkdaşlığını genişləndirir.

Cənab Prezident İlham Əliyev cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxışında önəmli məsələlərə toxunaraq ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu bir daha sübut etdi.  Cənab Prezident çıxışında Azərbaycanın Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırdığını vurğulayaraq qeyd etdi ki, Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair bəzi razılaşmalara nəzər yetirək. Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra 1991-ci ildən Aİ ölkə iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub. Bu müddət ərzində İttifaqla münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib.

Azərbaycanla Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerjidaşıyıcları istiqamətində əməkdaşlıq və danışıqların davamlı aparılması təşkil edir.

Nübar Qurbanova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi

 

 

Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var.

Cənab Prezident İlham Əliyev 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxışında qeyd etmişdir ki, “Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək”.

Cənab Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki ölkəmiz bütün sahələr böyük inkişafa nail olmuşdur. Azərbaycanda enerji təhlükəsizliyizi hələ bir neçə il əvvəl təmin edilib. Bu gün Azərbaycan nəinki öz enerji təlabatını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir.

Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır.

Cənab Prezident  çıxışında vurğulamışdır ki, “Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik. Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq.”

Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır – həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.

Azərbaycanın bu gün yaratdığı reallıqları bütün dünya görür. Bütün dünya ictimaiyyəti hansısa məsələ barədə rəy formalaşdırarkən həmin reallıqlara istinad edir. Cənab Prezident İlham Əliyevin ötən onilliklərdə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirdi. Azərbaycanın tutduğu yol, təklif etdiyi gələcək hər kəsin maraqlarına xidmət edir. Hamı üçün daha gözəl bir dünyanın qurulmasına töhfə verir.

Kəmalə Məmişova – Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

 

Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir.

Rusiya-Ukrayna müharibəsi dünyanın beynəlxalq siyasi mənzərəsinə olduğu kimi iqtisadi həyatına da öz təsirini göstərdi. Bu müharibə göstərdi ki, Avropa İttifaqı ölkələri üçün mütləq etibarlı enerji tərəfdaşına mühüm ehtiyac vardır. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikası Avropa İttifaqı üçün ən etibarlı və dayanıqlı bir tərəfdaşına çevrilməkdədir. Xəzər və Qara dəniz ölkələri arasında əlaqələrin inkişafında Azərbaycan böyük rol oynayır. Eyni zaman­da, Azərbaycanın iqtisadi gücü və maliyyə imkanları regional əlaqələrin inkişafına töhfə verməklə yanaşı, dünya güc mərkəzlərinə ölkəmizlə əməkdaşlığı daha da gücləndirmək üçün əlavə stimul yaradır. Xüsusilə də Azərbaycanın nəqliyyat və tranzit infrast­rukturunun da inkişafı, ticarət yollarının şaxələndirilməsində və optimallaşdırılmasında oyna­dığı mühüm rol ölkəmizlə iki və çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsini şərtləndirir. Bu mənada dünyanın böyük siyasi və güc mərkəzlərindən biri sayılan Aİ-nin Azərbaycanla əlaqələrini daha da gücləndirilməsinə çalışma­sı mövcud geosiyasi və geoiqtisadi reallığın məntiqi nəticəsidir. Regio­nun lider ölkəsi kimi Azərbaycanla münasibətlərin, xüsusilə də iqti­sadi əlaqələrin inkişaf etdirilməsi Aİ-nin diqqət ayırdığı prioritet istiqamətlərdən biridir.

Azərbaycan nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir. Ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Biz onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək.

Cənab Prezident İlham Əliyevin cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxışında qeyd etmişdir ki, “Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Memorandum uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvüdür.”

Avropa İttifaqı və Azərbaycan Respublikası strateji məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsinə münasibətdə ortaq mövqe sərgiləməsi belə deməyə əsas ve­rir ki, Azərbaycan-Aİ münasibətləri yeni reallığa uyğun uğurla inkişaf edəcəkdir. Bunun təminatı müzəffər ali baş komandan cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətidir!

Eşqin Əmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.