Huquqaz.com

Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir

27.08.2024
2.696
Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir

Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir.

Azərbaycan daha bir türk dövləti ilə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldir. Söhbət Mərkəzi Asiyanın ən böyük və ən sürətlə inkişaf edən ölkələrindən biri olan Özbəkistandan gedir. Azərbaycanla Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində yaxından əməkdaşlıq edirlər. Bu təşkilatın fəaliyyəti Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsindən sonra sürətlə aktivləşib. Məhz bu qələbədən sonra iki türk dövləti olan Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin verdiyi üstünlük digər türk dövlətlərini də qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə stimullaşdırdı. Bu baxımdan, Özbəkistan xüsusilə seçilir. Azərbaycanı öz torpaqlarını işğaldan azad etməsi münasibətilə açıq mətnlə ilk təbrik edənlərdən biri Özbəkistan prezidenti Şavkat Mirziyoyev oldu. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə münasibətləri şəxsi dostluq müstəvisinə qədər yüksəlib.
Özbəkistan Azərbaycanı qələbə münasibətilə təbrik etməklə kifayətlənməyib, Füzuli şəhərində 960 yerlik orta məktəb inşa etməklə qardaşlıq sevgisini açıq nümayiş etdirib. İki ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi isə avqustun 22-23-də Azərbaycan Prezidenti İlham Əliyevin geniş tərkibdə nümayəndə heyətilə Özbəkistana səfəri zamanı rəsmiləşdirildi. Avqustun 23-də Daşkənddə Prezident cənab İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi oldu. Sənədlərdən birincisi isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” idi. ki qardaş ölkə arasında imzalanan sənədlərdən iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı” (“Yol xəritəsi”) və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Sazişi” mühüm yer tutur.
Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı ilə yanaşı,  elm və təhsil, ekologiya və turizm, humanitar və mədəniyyət, iqtisadi-ticari və innovasiyalar sahəsində, eləcə də iki ölkənin Xarici İşlər Nazirlikləri, Ədliyyə və Daxili İşlər orqanları arasında  əməkdaşlığa dair müvafiq beynəlxalq sənədlərdə imzaladı. Bu sənədlərin təməlində müttəfiqlik Müqaviləsi dayanır, eyni zamanda, iki ölkə arasında dövlətlərarası münasibətlərin gələcək inkişaf perspektivlərini indidən müəyyən edir. “Dörd il bundan əvvələ qədər kim təsəvvür edə bilərdi ki, Türk Dövlətləri Təşkilatına üzv olan qardaş Özbəkistanın iştirakı ilə Xankəndidə yeni yüngül sənaye müəssisəsinin yaradılması barədə qərar veriləcək?! Bir daha müttəfiqlik Müqaviləsinin strateji əhəmiyyətinə gəldikdə isə, Prezident cənab İlham Əliyev mətbuata bəyanatında bu məqama da kifayət qədər açıq mətnlə aydınlıq gətirdi: “Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

 

Etibarlı münasibətlərin göstəricisi.

Prezident cənab İlham Əliyevin son iki ildə Özbəkistana beş səfəri olmuşdur. Azərbaycan Prezidentinin Özbəkistana səfəri olduqca mühüm hadisədir. Yüksək səviyyədə keçən səfər, Azərbaycan və Özbəkistan Prezidentlərinin görüşləri, aparılan müzakirələr, imzalanan sənədlər ölkələrimiz arasında çoxillik münasibətləri yeni mərhələyə çıxarır. Bu səfər heç şübhəsiz ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir. Məlumdur ki, Sovetlər birliyi dağıldıqdan və Azərbaycanla Özbəkistan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında münasibətlərin dərinləşməsində Ümummilli Lider Heydər Əliyevin danılmaz xidmətləri olub. Sonrakı illərdə bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilib, dövlətlərarası münasibətlər daha da möhkəmlənib. Bu gün xalqlarımız arasında da yenilməz dostluq və qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bütün bunlar həmçinin Prezident İlham Əliyev və həmkarı Şavkat Mirziyoyevin şəxsi dostluq münasibətlərindən qaynaqlanır. Ən önəmli məqamlardan biri isə əlbəttə ki, xalqlarımızın tarixi bağlılığı, dərin köklərə söykənən ənənələrdir. Azərbaycan və Özbəkistanın türk dünyasının bir parçası kimi daha da yaxınlaşması, qarşılıqlı əlaqələrin daha da sıx olması çox önəmlidir. Bu münasibətlərin möhkəmlənməsi Türk dünyasına verilən böyük töhfələrdən biridir.
Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə iki ölkə arasında münasibətləri, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. İstər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə Azərbaycana mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışı oldu.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

Mühüm geosiyasi amil.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha da möhkəmlənmiş, tolerantlıq və multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən və hədəflərindən birinə çevrilmişdir. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artır. Ölkəmiz bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda bir çox millətlərin və konfessiyaların dinc, yanaşı yaşamasının unikal nümunəsi kimi tanınır.
Müasir dünyada güc amilinin getdikcə əsas göstərici kimi tanınması Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin inkişafının və daha da gücləndirilməsinin vacibliyini mühüm şərt kimi önə çəkir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri də məhz bu məqsədə xidmət edir. Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də Türk dünyasının inkişafı və daha da güclənməsi istiqamətində atılmış növbəti mühüm addım kimi yüksək qiymətləndirilir. Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Hazırda Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Azərbaycanın üzv olduğu bütün digər beynəlxalq təşkilatlarla yanaşı, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış etməsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri hər iki dövlət  arasında olan hərtərəfli münasibətlərin göstəricisidir. Dövlətimiz bütün türk dövlətləri ilə, o cümlədən Özbəkistanla əməkdaşlığa böyük önəm verir. Məhz, səfər zamanı imzalanan imzalanan sənədlər bu dostluğu və tərəfdaşlığı bir daha təsdiqləyir. Hər iki ölkə arasında olan əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Bu münasibətlər bu gün də yeni inkişaf mərhələsini keçməkdədir. Özbək xalqı hər zaman Azərbaycanın yanında olmuş, ölkəmizin ərazi bütövlüyünü dəstəkləmiş, öz dost köməyini əsirgəməmişdir. 44 günlük müharibədən sonra azad olunmuş ərazilərin bərpasına, eləcə də həmin ərazilərdə lazımi obyektlərin tikintisinə dövlət büdcəsindən vəsait ayrılmışdır. Özbəkistan səfəri və əldə olunmuş razılaşmalar dövlətlərimiz arasındakı münasibətlərin gələcək inkişafına böyük zəmin yaratmışdır.
Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. Cənab Prezidentin səfəri Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Artıq iki ölkə arasında əlaqələr strateji əməkdaşlıq xarakteri daşıyır.
Əhəmiyyətli nəqliyyat arteriyaları üzərində yerləşən Azərbaycan və Özbəkistan nəqliyyat sektorunda fəal əməkdaşlıq edir. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturları yaradılmış, onların vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunmuşdur. Prezident cənab İlham Əliyev səfər çərçivəsində Özbəkistanda işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı çıxışında deyib ki, biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verir: “İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir”.
Bu görüş bir daha göstərir ki, hər iki ölkə iqitisadi əlaqələrin inkişafında da maraqlıdır.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

Şərhlər

Şərh yazılmayıb.