Millət vəkili Elnur Allahverdiyev 1026 ailəyə Qurban bayramı sovqatı göndərib -FOTOLAR
Milli Məclisin deputatı Elnur Allahverdiyev hər il olduğu kimi Qurban bayramı ərəfəsində seçicilərinə Qurban bayramı sovqatı göndərib.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqımızın milli adətləri və dini ənənələri tezliklə bərpa edildi və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, mənəvi və dini dəyərlərimizə böyük ehtiram və sayğı ilə yanaşılır.
Dövlət başçımızın Qurban bayramı münasibətilə xalqımıza təbrikində vurğulandığı kimi, hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir.
Bu ilki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, insanlarımız öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir.
Elnur Allahverdiyev seçicilərini və ailə üzvlərini Qurban bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını yetirib.
Deputatın ofisindən Qanunla.Az-a daxil olan məlumata əsasən Qurban bayramı münasibətilə millət vəkilinin təşəbbüsü ilə Bayramı dairəmizin şəhid və qazi ailələri ilə, aztəminatlı sakinlərimizlə daha yaxından qeyd etmək məqsədi ilə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Yasamal Bələdiyyəsi və sosial tərəfdaşlarımızla birlikdə növbəti aksiyamızı reallaşdırdıq. Sosial aksiya çərçivəsində könüllülərimiz və komanda üzvlərimiz dairəmizin 1026 ailəsinə baş çəkib bayram payımızı çatdırdılar.
Şərh yazılmayıb.