Huquqaz.com

Erməni vandalizminin təzahürü

05.05.2022
1.794
Erməni vandalizminin təzahürü

Erməni vandalizminin təzahürü

 

Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib.Cənab Prezident İlham Əliyev hər dəfə  diqqəti erməni vandalizminə yönəltməklə işğaldan azad olunan ərazilərdə yerləşən abidələrin demək olar ki, hamısının acınacaqlı vəziyyətdə olmasını önə çəkir. Etdikləri vandallıq Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Eyni zamanda, bu vandalizm faktı ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır. Amma, təəssüf ki, bu cür vəhşiliyə susqunluqla yanaşılır. Təəccüblü hal isə odur ki, hazırda müəyyən dövlətlər erməni yalanlarına inanır, onların təkcə Azərbaycana yox, bütün dünyaya və insanlığa qarşı bəşəri cinayətlərinə qarşı biganə münasibət bəsləyirlər.Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfər etdiklərini, erməni vandalları tərəfindən törədilən vəhşiliklərin şahidi olduqlarını xatırladaraq deyib: “İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı. Biz ədaləti bərpa etdik. Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır.

Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan Qarabağ bölgəsi və ətraf rayonlarda ən çox dağıdılan mədəni irs nümunələri sırasında İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri daha çox diqqət çəkir. Dünya ictimaiyyəti qəbul etməlidir ki, xüsusi əhəmiyyətə malikabidələrə düşmənin bu cür barbar münasibəti tək Azərbaycana deyil, dünya irsinə qarşı yönələn təhdiddir.
Indiyədək dünyada  dini abidələrin təhqir olunmasına, məqsədli şəkildə dağıdılmasına nadir hallarda rast gəlinib və bu cür erməni barbarlığı artıq bütün dünyada ciddi əks-səda doğurub. İnanırıq ki, xarici siyasəti, diplomatik bacarığı ilə cənab Prezident İlham Əliyev tarixi, dini abidələrimizə qarşı vandallıq edən ermənilərin əsl simasını bütün dünyaya göstərəcək.

 

Şəhla Eminova –Zərdab şəhər sakini, “Əməkdar müəllim

Şərhlər

Şərh yazılmayıb.