Huquqaz.com

Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün

08.05.2024
2.751
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün

Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün.

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan-Slovakiya əlaqələrinin tarixində əlamətdar gün hesab olunmaqdadır. Eyni zamanda, hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumunun imzalanması, siyasi məsləhətləşmələrin aparılması, enerji sahəsindəki əməkdaşlıq Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifənin açılmasına işarədir. Azərbaycan ilə Slovakiyanın diplomatik əlaqələri 1993-cü ildən qurulsa da, Prezident İlham Əliyevin 2004-cü ildə Slovakiyaya səfəri ikitərəfli münasibətlərin genişlənməsində böyük rol oynayıb: “Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və onlar yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Məhz bu kontekstdə ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də azad edilmiş ərazilərin bərpasına verilən dəstəkdir. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Ümumiyyətlə, Azərbaycanda Slovakiya şirkətləri yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Keçirilmiş Slovakiya-Azərbaycan biznes forumu, iki ölkə arasında biznes sahəsində əməkdaşlıq üçün yaxşı zəmin yaradır.

Slovakiyanın Baş nazirinin ölkəmizə səfəri zamanı keçirilmiş Slovakiya-Azərbaycan biznes forumu iki ölkə arasında biznes sahəsində əməkdaşlıq üçün münbit zəmin yaradır: “Xüsusilə Ağdamın Qərvənd kəndinin yenidən qurulmasında Slovakiya şirkətinin iştirakı yüksək dəyərləndirilməlidir. Ona görə ki, işğaldan azad edilmiş torpaqlarda “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyasında slovakiyalı mütəxəssislərin iştirakı hazırkı şəraitdə xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən demək olar ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğu artıq heç kəsdə şübhə yaratmır. Əksinə, enerji strategiyamızın uğurla həyata keçirilməsi nəticəsində meydana çıxan təşəbbüslər daha yeni layihələrin üzərində işlənilməsini vacib edir.

Ehtiram Osmanov Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

 

 

Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq.

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri çərçivəsində ölkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” çox ciddi siyasi sənəddir və bu sənəd Azərbaycan-Slovakiya əlaqələrini ən yüksək səviyyəyə qaldıracaq. Prezidentimiz çıxışında Azərbaycanın öz təbii qazını ixrac edəcək 9-cu ölkənin Slovakiya ola biləcəyi barədə maraqlı anons yer alıb. Məlum olduğu kimi, keçən ilin aprel ayının 25-də Sofiyada Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın FGSZ və Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. “Həmrəylik Halqası” ilə Azərbaycan qazının tədarükünü nəzərdə tutan bu memorandum ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın “Həmrəylik Halqası” adlandırılan və yenilənmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək. Məhz bu sənədin imzalanması ilə Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb”.

Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalara yol açır. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və Slovakiya 9-cu ölkə olacaq. Yeri gəlmişkən xatırladaq ki, ötən il aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanıb. “Həmrəylik halqası” adlanan bu təşəbbüs Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş qaz ötürücü sistemləri şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir. Bu layihə Mərkəzi, Şərqi və Cənubi Avropa regionunda enerji təchizatının təhlükəsizliyini və şaxələndirilməsini təmin edəcək. Bununla Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfənin miqyasının nə qədər geniş olduğu göz önündə canlanır. Bundan başqa, 2011-ci ildə Avropa İttifaqı ilə Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə, 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu Qaz Boru Kəməri üzrə saziş, bir il sonra isə “Trans-Adriatik” boru kəməri layihəsi üzrə müqavilələr imzalanıb. Həmçinin 2013-cü ildə “Şahdəniz II” konsorsiumunun üzvləri yekun investisiya qərarını qəbul ediblər. Bununla da Azərbaycan qazının Avropa İttifaqına ixrac edilməsi üçün infrastrukturun yaradılması təmin olunub. 2022-ci ilin iyulunda Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi isə ölkəmizin İttifaqın enerji təhlükəsizliyinə verdiyi töhfənin bariz nümunəsidir. Onu da qeyd edək ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun daha da artacağı istisna olunmur. Belə ki, əgər 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac edirdisə, bu il bu rəqəmin 12 milyarda qədər artması gözlənilir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulur. Təbii ki, bu öhdəliyi yerinə yetirmək üçün ölkəmiz təbii qaz hasilatını artırır. Bu məqsədlə yeni yataqlar kəşf olunur və həmin yataqlarda istismar artıq başlanmışdır. Bütün bunlara paralel olaraq Azərbaycan genişmiqyaslı yaşıl gündəliyini də icra edir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır. Elə bu qənaət olunmuş qazın da əsas ünvanı Avropa olacaqdır. Əminliklə demək olar ki, bu gün Azərbaycan və Slovakiya iki müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyədə uğurla davam etdirəcəklər

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Bahar Qurbanova

 

 

 

Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq.

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Qarşılıqlı səfərlər çərçivəsində müzakirə olunan məsələlər, imzalan sənədlər bu əlaqələrin yüksələn xətlə inkişafında mühüm rol oynayır. Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun mayın 7-də Azərbaycana rəsmi səfəri ilə ölkələrimiz arasında münasibətlər yeni müstəviyə qədəm qoydu. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun tətbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı. Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən cənab İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələri diqqətə çatdırdı. Qeyd edildi ki, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsini də xüsusi diqqət yönəldilərək bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

Şərhlər

Şərh yazılmayıb.